Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son zəng gecəsində qüsursuz görünmənin yolları

Məzuniyyət gecələri yaxınlaşır. Məzun olma coşğusuyla əylənməyi xəyal edərkən digər tərəfdən də ən qüsursuz olmaq üçün məşğul olacaqsınız. Gözəl və qəşəng görünmək üçün çox şişirdilmiş saç, makiyaj, paltar və ayaqqabı seçmənizə ehtiyac yoxdur. Məqsəd yaşınıza uyğun təbii bir görünüşlə qüsursuz olmaqdır.
Budur sizə kiçik tövsiyyələr
Saç
Qısa saçlara sahibsinizsə yaş görünüşlü,geriyə daranmış saçlar ilə müasir bir görünüşə sahib ola bilərsiniz. Uzun,düz saçlara sahibsinizsə, dalğalı bir fenlə düzəltdirib yarım yığa bilər ya da açıq qoya bilərsiniz. Yüngül dalğalı saçlılar, düz bir fen çəkdirib möhkəm toplanmış bir atquyruğu ilə olduqca havalı görünə bilər. Buruq saçlara sahibsinizsə,sərbəst buraxın və saç şəkilləndiricilərlə şəklini qoruyun. Paltarınızı tamamlayacaq bir bant sizi çox qəşəng göstərəcək.Amma "Mən toppuzdan imtina etmərəm"desəniz, bu ilin ən trend modeli təpədən toplanmış sanki evdən çıxıb gəlmişcəsinə təbii görünəcək bir modeli də seçim edə bilərsiniz.
Makyaj
Saçlarınız nə qədər əhəmiyyətlidirsə,makyajınızda o qədər qüsursuz olmalı, şişirtmədən,yaşınıza uyğun təbii amma göz qamaşdırıcı görünməlidir. Şişirdilmiş tonal kremdən uzaq durun. Hamar görünmək üçün qəlibləşmiş maska kimi dayanan bir görünüşə sahib olmayın. Dəri rənginizə uyğun bir tonal kremi seçin. Paltarınız nə rəngdirsə,onun tonlarını gözlərinizdə uyğunlaşdırmağa çalışın. Şaftalı və bənövşəyi tonlarında ənlik seçin. Çünki dərinizin daha canlı görünməsini təmin edər. Açıq rəngli dodaq boyaları, məsələn bənövşəyi və tonları daha təbii və yaşınıza uyğun olanı seçin.
Paltar
Bu gecə üçün ən ideal seçimlər qısa mini paltarlar. Geniş çiyinlərə sahibsinizsə straplez mini bir paltar ,pastel tonlarındakı rənglərlə birləşincə sizi olduqca gözəl göstərəcək. Bu il də tək çiyinli paltarlar çox dəbdədir.Xüsusilə,qara və mavi kimi iddialı rənglərlə gecənin ən qəşəng görünənləri arasına girə bilərsiniz. Sinə və kürək detalı bağlı qara, ağ və qırmızı bir paltar ilə gecənin ən diqqət çəkici namizədlərindən biri olmanız üçün kifayət edəcək.
Ayaqqabı və çanta
Düz,əsaslı daşlarla bəzənmiş rəngarəng sandaletlər ya da babetlər seçim edə bilərsiniz. Dikdaban seçəcəksinizsə də,daha rahat olması üçün platforma dikdaban ayaqqabılar ilk seçiminiz olmalıdır. Ayaqqabınızla çantanız paltarınızla eyni rəng ola biləcəyi kimi, paltarınızdakı tonlara uyğun rənglərdə kombin edə bilərsiniz.


Tarix: 11.06.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...