ABŞ-ın Pensilvaniya ştatında 65 il rəsmi nikahda yaşayan ər-arvad 88 dəqiqəlik fərqlə həyatdan köçüblər. Bu barədə Trend şənbə günü "The Huffington Post" qəzetinə istinadən yazır.
Marcori Lendis ötən bazar ertəsi uzun sürən xəstəlikdən sonra xəstəxanada vəfat edib. Həyatının son anlarında onun yanında 89 yaşlı əri Ceyms Lendis olub. Xudahafizləşərkən o, arvadına deyib: "Hər şey qaydasındadır. Mən səni sevirəm. Biz bir yerdə çox gözəl illər yaşamışıq. Tezliklə biz yenidən görüşəcəyik".
Saat yarımdan sonra isə Ceymsin vəziyyəti pisləşib və ürək tutmasından vəfat edib. Onun nəvəsi Evan Millerin sözlərinə görə, onlar bir-birindən ayrı yaşaya bilməyiblər. HHQ-nin keçmiş pilotu Lendis və onun həyat yoldaşı bir-biriləri ilə rəqs meydançasında tanış olublar. Onlar 1946-cı ildə evləniblər və indiyədək ayrılmayıblar.
Qəzet Qlazqo Universitetinin alimlərinin tədqiqatlarına istinadən yazır ki, ər-arvadın eyni vaxtda ölməsi o qədər də nadir hadisə deyil. Onların fikrincə, cütlüklərdən birinin ölümü yaxın altı ay ərzində dul kişinin və ya dul qadının ölüm riskini 30 faiz artırır.
Həmçinin, belə bir fərziyyə mövcuddur ki, birgə həyatları ərzində ərlə arvadın ürək ritmləri arasında hansısa əlaqə yaranır. Bu əlaqənin kəsilməsi ürəyin dayanmasına gətirib çıxara bilər. Alimlərin bir qismi isə əmindirlər ki, yaşlı adamlar bir qayda olaraq yaxın adamın itkisinə çətin tab gətirirlər.
Xatırladaq ki, 2010-cu ildə ABŞ-dan olan digər ailə cütlüyü Şervud və Kerolayn Vodsvortlar da eyni gündə vəfat etmişdilər. Onların müvafiq olaraq 90 və 89 yaşları var idi. Ər-arvad 60 il nikahda olublar. Lakin təəssüf ki, onların ölümündə qətiyyən romantika olmayıb. Belə ki, Vodsvortların ölümünə səbəb onlara məxsus üçmərtəbəli evdə mərtəbələr arasında ilişib qalan liftdə boğulmaları olub.
Əri ilə bir gündə kim ölmək istəyir?
Tarix: 18.05.2013 / 14:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri