Mənim yerim hardadır?
Hardadır bir qadının yeri?
Yataq otağındamı?
Mətbəxtəki sobanın yanındamı?
Ya televizorun qarşısındakı divandamı?
Bəlkə bunların heç biri?
Bəlkə yerim karyeramın başladığı yerdədir?
Bəlkə mən bilmirəm, yerim cəmiyyətin tən ortasındadır?
Hardadır bir qadının yeri?
Bir qadının yeri öncə həyat yoladığının yanıdır.
Ərinin yox, həyat yoldaşının yanında...
Sonra mətbəxdədir onun yeri.
Sevinə-gülə hazırladığı yeməklərin dadına hopacaq məhəbbəti...
Axşam olacaq, sevgi ilə quracaq süfrəsini,
Pəncərədə həsrətlə gözləyəcək yarını..
Süfrə başında alacaq yerini sonra..
Burda da var onun yeri çünki...
Sonra övladının beşiyi başıdır qadının yeri.
İlk addımını atanda addımların izindədir qadının yeri.
Məktəbə gedəndə sinif otağının qapısındadır sonrakı yeri..
Bəs sonra?
Sonra hardadır qadın?
Elə evdə, məktəbdə, mətbəxdəmi keçəcək ömrü?
Yox, düşünməyin ki, belə davam edəcək.
O qadın tapacaq mütləq yerini.
Utana-çəkinə başlayacaq işinə
Amma tez keçəcək bu hissi
O karyera düşünür çünki
Amma karyeradan öncə düşündükləri var
Övladı və onun atası.
Bir qadın üçün ailə karyeradan öncə gəlir çünki...
Mən qadınam!
Yerim burdadır
Bax burda.
Həyat yoldaşımın yanında.
Sonra övladımın yatağı başında.
Sonra iş masasının başında
Mənim yerim ordadır
"Ər-övlad-iş" üçlüyünün tən ortasında...
Tarix: 24.05.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri