Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öz-özünə Məmə Müayinəsi

Erkən tanı və müalicəsi edilmiş məmə xərçəngində tamamilə yaxşılaşma nisbəti 90%′dan çoxdur. Erkən tanı üçün tətbiq olunması lazım olan üsullar biri də öz-özünə müayinədir.

Ayna qarşısında

Əvvəl tik dayanıb qollarınızı yana sarkıtın, məmənizdə hər hansı bir nizamsızlıq, dərinin içə çəkilməsi, məmə başının bir tərəfə və ya içə çekin idisi, rəng dəyişikliyi olub olmadığına baxın. Eyni əməliyyatları əlləri iki yandan ombanıza basdırmaq surətiylə sinə əzələlərinizi sıxaraq və qollarınızı yuxarı qaldıraraq edin.

Duş qəbul edərkən

Sağ məmənizi müayinə etmək üçün sağ əlinizi başınızın arxasına gətirin, sol əlinizlə məmə başından başlayaraq dairəvi hərəkətlərlə barmaqlarınızı yüngül yüngül oynadaraq bütün məmənizi müayinə edin. Müayinə əsnasında incə barmaq hərəkətləriylə məmə toxumanızı yaxşıca hiss edin və məmə toxumanızdan fərqli toxumaları qəbul etməyə çalışın. Eyni əməliyyatları sol məməniz üçün təkrarlayın.

Yataraq

Sağ məmənizi müayinə etmək üçün sağ qolunuzu başınızın altına qoyun və duş qəbul edərkən etdiyimiz müayinəni təkrarlayın. Eyni əməliyyatı sol məmənizə tətbiq edin.

Bu əməliyyatları hər ay adətinizin bitimindən etibarən 5-7 gün sonra edin və məmə quruluşunuzu yaxşıca tanıyın. Beləcə məmənizdə meydana gələ biləcək fərqlilikləri asanca qəbul edə bilərsiniz. Belə bir fərqlilik tapdığınızda vaxt itirmədən həkiminizə müraciətin.


Tarix: 26.05.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...