Sarışınların Sərt Xasiyyəti
Sarışınlar daha aqressiv olurlar. "The Times"in məlumatına görə, bu nəticəyə Kaliforniya Universitetinin alimləri gəliblər.
156 tələbə üzərində araşdırma aparandan sonra belə nəticəyə gəlinib ki, açıq rəngli saçın sahibi davakar olur. Sən demə, sarışın qadınlar özlərinə daha inamlı olurlar. Onları özlərindən çıxarmaq o qədər də çətin deyilmiş.
Mütəxəssislər bildiriblər ki, araşdırmaların nəticəsi həm təbii, həm də saçlarını boyamış sarışınlara aiddir. Belə ki, saçlar rənglənəndən sonra əsmər xanımlar istər-istəməz özlərini sarışınlar kimi aparmağa başlayırlar.
Tarix: 25.05.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...