Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev şəraitində antisellülit masajını necə etməli?

Sellülitin nə olduğunu hər bir qadln bilir. Məhşur "portağal qabığı"nı artıq tanımayan yoxdu. Bununla mübarizədə bir çox şeylər düşünülüb, pəhrizlər, xüsusi kremlər və kəmərlər və s. Bununla yanaşı antisellülit vasitələr içərisində ən effektli üsullardan biri masajdır. Sizinlə bu haqda söhbət edəcəyik.

Sellülit necə yaranır?

Daha çox sellülit budlarda, qolların yuxarı hissəsində , sarğılarda rast gəlinir. Bu nahiyələrdə mayenin normal sirkulyasiyasının pozulması nəticəsində ,toplanmış piy çöküntüləri vaxtında xaric edilmir.Həmin piy çöküntüləri isə nəticədə toxumalarda maye dövranının pozulmasına səbəb olur və nəticədə qapalı qüsurlu dövran yaranır ki, bunu qırmaq asan deyil. Yeri gəlmişkən onu da qeyd edim ki, sellülit tək kosmetik qüsur deyil, o həm də hüceyrələrin normal qan təchizatını pozur və distrofiyalara səbəb olur.

Antisellülit masajında nə baş verir?

Bədənin "problemli" nahiyəsinin ovxalanması və ovuşdurulması təkcə əzələlərin xoşagələn qızışmasını törətmir,eyni zamanda bütün orqanizmdə qan dövranını sürətləndirir. Nəticədə qan piy toxumasına daha intensiv şəkildə oksigeni çatdırıb ,toksinləri xaric edir. Masajistin əlinin mexaniki gücü altında dərialtı toxumada toplanmış artıq piy tədricən sorulur və xaric edilir. Hüceyrələr sanki canlanır, bütün orqanizmdə maddələr mübadiləsi yaxşılaşır, dəri isə gərgin və elastik olur.

Sellülitlə mübarizədə əsasən adi klasshik masaj da istifadə oluna bilər. Ancaq spesial metodikanın tətbiqi daha bariz nəticələr verir. Bu metodikalar iki növdür: fırça köməyi ilə antisellülit masaj və ballı masaj.

Xüsusi fırçanın köməyilə icra olunan antisellülit masajı.

İlk öncə aptekdən fırça alın. Fırçanın tükcüklərinin natural,dəstəyinin isə uzun və rahat olması vacibdir. Tükcüklərin codluq dərəcəsini seçərkən öz hissiyatınıza istinad edin. Daha yumşaq tükcüklü fırça ilə başlamaq olar, dəri öyrəşəndən sonra cod və yarımcod tükcüklərə keçə bilərsiniz.

Mütləq zaman-zaman fırçanı sabunla yuyub günəşdə qurudun. Çimdikdən və ya duş qəbul etdikdən dərhal sonra ,dəri yumşalan bir vəziyyətdə bu növ antisellülit masajı məsləhət görməzdim. Masaj quru fırça ilə və yalnız quru dəriyə tətbiq olunmalıdır.

Bir ayağınızı bir az yuxarıda olmaqla qoyun,yerinizi rahat edin. Ayaqaltı kimi stul, divanın kənarı və s. istifadə bilərsiniz. İndi ayaqaltını barmaqlardan dabana qədər masaj eləməyə başlayın, tədricən yuxarı, buda doğru masaj hərəkətləri ilə qalxın. Fırça ilə dairəvi hərəkətləri boylama hərəkətlərlə əvəz edərək masaj edin. Sellülitli nahiyədə tənbəllik etməyərək bu hərəkətləri bir neçə dəfə təkrar eliyin. Ayaqları masaj etməyi bitirdiniz? İndi isə bədənin yuxari hissəsinə keçin. Qolların antisellülit masajına ovuclardan başlayıb qoltuqaltına doğru irəliləyən hərəkətlərlə başlamaq düzgün sayılıt,əksinə yox. Çiyini və kürəyi onurğaya paralel olaraq qarına doğru boylama hərəkətlərlə masaj edin. Qarnın ön divarını ehtiyyatla dairəvi hərəkətlərlə işləyin.

Bütün prosedura 3-5 dəq.çəkir. Çox aludə olmayın! Fırça ilə çox intensiv və uzunmüddətli masaj dərinin qızarmasına və hətta bəzi yerlərdə qıcıqlanmasına səbəb ola bilər. Əgər problemli nahiyələrin dərisində hər-hansı bir zədələnmələr (qançırlar,sağalmayan yaralar,hətta cızıqlar) varsa fırça ilə antisellülit masajından imtina etməlisiniz.

Ballı antisellülit masaj

Ballı masajın təsir gücü bioloji aktiv maddələr xəsinəsi sayılan balın xeyirli təsiri və tradision masaj üsullarının tətbiq effektlərinə əsaslanır. Onu da nəzərinizə çatdırım ki,ballı masaj kursundan sonra təkcə sellülitlət hamarlaşmır,eyni zamanda dərinin ümumi vəziyyəti yaxşılaşır,zərif və ipək kimi olur.

Ballı masajın effektinin bəlli olması üçün onu 15 gün tətbiq etmək lazımdlır. Qeyd edim ki,prosedura hər gün deyil,bir gün fasilə verilməklə günaşırı edilir.

Ballı masaj üçün sizə təbii və təzə(xarlanmamış) bal lazımdır. Bud və sağrıları masaj etmək üçün 2 çay qaşığı bal yetər . İstəsəz zövqə görə efir yağları(limon,evkalipt,qreypfrut) əlavə edə bilərsiniz. 1çay qaşığına 5 damcı hesabı ilə.

Ev şəraitində antisellülit masajını necə etməli?

Bu masajın texnikası çox sadədir. Balı ovucunuza çəkin və sellülitli yerlərinizə döyəcləyin. Nəticədə balın bir hissəsi həmin nahiyəyə keçəcək,digəri isə əlinizdə qalacaq. Bir müddət sonra bal dəriyə hopacaq və ovuclarınız ona yapışmağa başlayacaq. Tədricən döyəcləmənin gücünü artıraraq davam edin. Bir neçə dəfə, ovuclarınızı dərinizə bir neçə saniyəlik möhkəm yapışdırın,sonra tez qopardın. Bir az ağrılı ola bilər,bir müddətdən sonra öyrəşəcəksiniz. Unutmayın ,gözəllik qurban tələb edir.

5 dəqiqədən sonra masaj elədiyiniz dərinin məsamələrindən xalq arasında şlak adlandırılan yağlı ağ kütlələr xaric olduğunun şahidi olacaqsıız. Masaj bitdikdən sonra isti duş qəbul edin,sonra mütləq dəriyə nəmləndirici krem və ya losyon çıkin.

Əgər siz bunları etmisinizsə, deməli artıq zərif,ipək kimi yumşaq dəriyə sahibsiniz...


Tarix: 24.05.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...