Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyə kişilərin yox, qadınların xəyanəti faciə sayılır?

İngiltərədə aparılan bir tədqiqat nəticəsində məlum olub ki, evli olan cütlüklərin yüzdə 21-i həyat yoldaşına xəyanət edir. Bu göstərici vətəndaş nigahında yaşayan cütlüklərdə yüzdə 51-dir.



Araşdırmanın nəticələrinə görə, qadınların 50 faizi gerçəkdən aşiq olduqları üçün, kişilərin 44 faizi qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət edir.

Kanadada aparılan digər bir araşdırmada isə məlum olub ki, kişilərin 50 faizi xanımı tərəfindən romantik və hissi qarşılıq görmədiyindən, yüzdə 30-u yoldaşı ilə "dil tapa bilmədiyindən", yüzdə 20-si isə xanımı ilə cinsi problemlər yaşadığından xəyanət edir.




"Kişilər xəyanət edər, amma qadınlar - əsla!"




Bizim cəmiyyətdə milli mentalitetimizdən qaynaqlanan belə bir fikir var: "Kişilər xəyanət edər, amma qadınlar - əsla!" Maraqlıdır ki, bu fikir artıq öz qüvvəsini itirməyə başlayıb. İndi kişilər qədər olmasa da, qadınlar da həyat yoldaşlarına xəyanət edirlər.

Amma qadın və kişilərin xəyanət etmə səbəbləri bir-birindən fərqlidir. Türkiyədə aparılan bir tədqiqat zamanı ailəli qadınlara belə bir sual ünvanlanıb: "Nə vaxtsa həyat yoldaşınızdan başqa bir kişini bəyənmisiniz?"

Cavablar 3 kateqoriyada dəyərləndirilib. Evliliyi əla durumda olan qadınların 13 faizi, normal olanların 9 faizi, evliliyi pis olanların isə 100 faizi bu suala müsbət cavab verib. Beləliklə, aydın olur ki, ailədə bədbəxt olan qadının aldatma və xəyanət ehtimalı 100 faizdir.




Həm psixoloqlar, həm də sosioloqlar deyirlər ki, qadınlar heç bir halda əmin olmadan qəti hərəkət etməməlidirlər.



Mütləq şübhələrini həyat yoldaşları ilə paylaşmalıdırlar. Xəyanətin səbəblərini öyrənmək, durumu dəyərləndirmək lazımdır. Kişinin xəyanətinin səbəbi qadın da ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi, kişilər çox vaxt ailədə xanımlarından yetərli diqqət görmədiklərindən xəyanət edirlər.

Psixoloq Sahil Əbilov deyir ki, bu, kişilərə də aiddir. Xanımının xəyanətindən şübhələnirsə, öncəliklə buna əmin olmalı, daha sonra onunla sakit bir tərzdə danışmalı, səbəbini öyrənməli, daha sonra qərar verməlidir:

"Elə kişilər var ki, özlərini ideal hesab edir və xanımlarının xəyanətinin özləri ilə bağlı olmadığını düşünürlər. Amma təcrübəmə əsaslanaraq bildirim ki, istər kişi olsun, istərsə də qadın, xəyanəti yaradan səbəb ilk növbədə ailədə yaşanan problemlərdir. Əks tərəfin diqqətinin azaldığını və sevgisinin tükəndiyini görən qadın və ya kişi xoşbəxtliyini kənarda axtarır".

Kişi dəfələrlə xanımına xəyanət edir, amma qadın xəyanət edərsə, ona ən acımasız cəzanı verməyə də hazır olur:

Düşüncədə xəyanət

Elə ailələr də var ki, ya kişi, ya da qadın cismən olmasa da, düşüncə və fikir ilə də xəyanət edir. Bəzi psixoloqlar bunu xəyanət hesab etmirlər, çünki bu düşüncə realda həyata keçirilmir və heç kimə zərəri yoxdur.

Ekspertlər deyirlər ki, düşüncədə xəyanət edənlər ailənin təzyiqilə evlənənlər, qohum evliliyi edənlər və ya aralarında yaş fərqi çox olanlardır: "Tutaq ki, valideynlərinin sözündən çıxmayıb evlənib, amma sevgi hissi, eşq yoxdur. Ola bilər ki, evlilikdən öncə, yaxud da evləndikdən sonra ürəyinə girə biləcək birini görüb, vurulub. Eşqini kimsə bilmir, heç sevdiyi insan da. Bu cür sevgilər bəzən xəyanət adlandırılır, bəzən yox".

Bəzən isə insan öz içində kimisə sevir və ya bəyənir. Bu düşüncəni reallığa keçirmədən, gizlicə yaşayır. Bu hissləri yaşamağın adı xəyanət deyil, insanın öz motivini müəyyənləşdirməsidir".


Tarix: 24.05.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...