Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıq Xanımlara Məsləhət

Boyca ucaboy və bədəncə arıq xanımlar paltar seçərkən xüsusilə diqqətli olmalıdırlar. Məsələn, belə görkəmə malik xanımlar dar-dütdək, qısa və yarıq ətək geyinəndə bədən quruluşlarında olan əyər-əskikləri daha da qabartmış olurlar. Məsləhətimiz məhz bu barədədir.
Çox enli geyimlər geyinməyin: arıq bədən quruluşu və formasız enli paltarlar arasındakı kontrast sizin arıqlığınızı daha da qabarıq göstərəcək.
Çox dar geyinməyin: dar vodolaz və şalvarlardan imtina edin. Bədənə kip oturmayan paltarlara üstünlük verin.
Qara rəngdə həddi aşmayın: qara şalvar və ya qısa qara don arıq və ucaboy xanımlara yaraşa bilər. Ancaq qara şalvarla dar qara toxunma yun köynək geyinsəniz bu qara rəngin "ağını çıxarmaq" olar. Topuğa qədər dar şalvarları və losinləri qarderobunuzdan çıxardın. Onlar arıq ayaqları daha çox nəzərə çarpdırır. "İsti" rəngli klasmən şalvarlar və açıq rəngli cinslər geyinin, cəlbedici kəmərlər taxın.
Sizə açıq rəngli, sürtlümüş cinslər, ağ və ya klasmən şalvarlar yaraşar.
Müxtəlif obrazlar yaradın: köynək və ya jaket, vodolazka, pencək və şarf, don və pencək. Həmin obrazlara detallar da əlavə etmək olar kəmər, asma bəzəklər, şarf, yaylıq.
Əgər öz formanızı bir qədər girdə göstərmək istəyirsinizsə, eninə zolaqlı cemperlər, büzməli, sinəsində naxış və ya cib olan jaket və ya bluzlar, uzunluğu dizdən olan büzməli və ya qırçınlı ətəklər, düz klasmən şalvarlar geyinin. Diaqonal damalı, iri xallı və ya iri toxunuşlu parçalara (bukle, tvid) üstünlük verin.
Yarıqlı dar uzun ətək, vertikal zolaqlı parçalar, dar şalvarlar, streyç, dərin kəsimli və topuğa qədər uzun paltarlar sizi daha arıq göstərə bilər.
İncə klasmən ayaqqabılar geyinin, "platforma" tipli və ya iri ayaqqabılardan qətiyyən istifadə etməyin.Çox həcmli saç düzümlərindən də çəkinin ki, nazik boynunuzda zəncirotu çiçəyi kimi görsənməsin.


Tarix: 25.05.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...