İngiltərədə aparılan bir araşdırmanın nəticələrinə görə, xəyanət etmək, qadının genindən qaynaqlanır. Yaxşı, bu gen hansı qadınlarda var? Görəsən biz də fərq etmədən "aldatma genləri" daşıyırıqmı?..
Aldatma üzərinə maraqlı gerçəklər...
Alman Bild am Sonntag Qəzetindəki xəbərdə, Londondakı St. Tomas Xəstəxanasında Prof. Tim Spector və qrupu tərəfindən edilən araşdırmaya yer verildi. Qadınlara aldatma vərdişləri haqqında suallar soruşularaq məlumat alınarkən, çıxan nəticə olduqca çaşdırıcı oldu:
Qadınlardan 23%-i yoldaşını aldatdığını söylədi. Daha maraqlısı əkizlərdən biri, yoldaşını aldatdığını söylədisə digər qardaşın da xəyanət etmə ehtimalı 55% olaraq ortaya çıxdı. Genləri eyni olan tək yumurta əkizlərində iki qardaşın da aldatma ehtimalının daha da yüksək olduğu təyin olundu.
Prof. Spector, xəyanətin genlərlə əlaqəsi olmasının, müxtəlif genlərin bir-birinə təsir etməsindən qaynaqlana biləcəyini söylədi. Prof. Spector, "Eyni vəziyyət, insanların riski sevməsində də yaşanır. Burada da bir çox genin bir-birinə təsiri bu duyğunu ön plana çıxarır" dedi.
Gözəl qadınlar aldadır!
ABŞ-lı elm adamları, gözəl qadınların, yoldaşlarını və ya sevgililərini aldatma ehtimalının daha yüksək olduğunu ortaya qoydu. Araşdırma üçün yaşları 17-30 arasında dəyişən 58 qadınla üz-üzə görüşüldü.
Texsas Universiteti tərəfindən icra edilən araşdırmalara görə, gözəl qadınlarda, qadınlıq hormonu ostrojenin bir növü olan ‘ostradiol' adlı bir hormon var. Bu hormon səviyyəsi yüksək olan qadınların aldatma riski daha yüksək olur.
Ayrıca bu hormonun yüksək olduğu qadınlar, daha çox partnyor dəyişdirir. Gözəl qadınlar, ətrafındakı kişilərdən daha çox diqqət görür və özlərinə etibarları daha yüksəkdir. Buna görə də aldatmağa meylli olurlar.
Araşdırmanı edən Dr. Kristina Durante, bu hormon səviyyəsi yüksək olan qadınların yalnız uşaqlarına daha yaxşı bir ata və yaxşı bir ər deyil, daha çox şey istədiyini təsbit etdi.
Bu qadınların standartları yüksək olur və kişilərdən daha yüksək gözləmələri var.
Tarix: 22.05.2013 / 22:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri