Gəncliyə 20 tövsiyyə
Ömürünü İslama vəqf edən Şəhid İmam Həsən Əl Bennadan hər yaşda Müsəlmanın qulağına sırğa olacaq 20 qızıl tövsiyə…
1-Şərtlər nə olursa olsun əzanı eşitdiyiniz zaman namaza qalxın.
2-Quran'i Kərimi oxuyun, araşdırın və ya dinləyin.
3-Dilinizi düzgün danışmağa çalışın. Çünki bu Müsəlman olmanın əlamətidir.
4-Heç bir mövzuda həddindən artıq mübahisə etməyin. Çünki mübahisə heç bir zaman fayda verməz.
5-Çox gülməyin. Çünki Allaha bağlı olan könül sakit və təmkinli olar.
6-Çox şıltaqlıq etməyin. Çünki mücahid bir millət ciddilikdən başqa bir şey tanımaz.
7-Dinləyicinin eşidəcəyindən çox səsinizi yüksəltməyin. Çünki bu eqoizm və əziyyət verməkdir.
8-İnsanlar haqqında danışmaqdan və rəftarları kiçik hesab etməkdən çəkinin. Xeyrdən başqa bir şey danışmayın.
9-Qarşılaşdığınız insanlarla sizdən istəməsə belə tanış olmağa çalışın.
10-Görəvlər vaxtlardan çoxdur. Vaxtdan faydalanmaq üçün başqasına köməyinizi əsirgəməyin. Edəcək bir vəzifəniz varsa onu ən qısa yoldan ən gözəl şəkildə bitirməyə çalışın.
11-Hər barədə təmizliyə əhəmiyyət verin. Evinizdə, paltarlarınızda, bədəninizdə, iş yerinizdə. Çünki dinimiz təmizlik üzərinə qurulmuşdur.
12-Əhdinizə, sözünüzə və vədlərinizə vəfa göstərin. Şərtlər nə olursa olsun bunlara müxalif çıxmayın.
13-Oxuma və yazmanızı sağlamlaşdırın. Kiçik də olsa özünüzə aid bir kitabxananız olsun. İxtisas sahibisinizsə sahənizdə dərinləşin.
14-Hökümət vəzifələrinə düşkün olmayın və onları ruzinin ən dar qapısı olaraq bilin. Amma sizə verildiyi zaman da rədd etməyin. İddianın öhdəçilikləri ilə tamamilə zidd düşmədiyi müddətcə bu vəzifələrdən ayrılmayın.
15- Malınızın bir qisimi ilə iddiaya qatılın üzərinizə fərz olan zəkatı camaata verin. Gəliriniz nə qədər az olursa olsun ondan kasıb və yoxsullara bir haqq ayırın.
16- Az da olsa malınızın bir qisimini gözlənilməz hadisələr üçün ayırın və qətiyyən lüks əşyaya qapılmayın.
17- Dayanmadan tövbə və istiğfar edin. Yatmadan əvvəl bir neçə dəqiqənizi nəfsinizi mühasibliyə ayırın. Şübhəli şeylərdən qaçının ki harama düşməyəsiniz.
18- Əyləncə yerlərinə yaxınlaşmamaq üçün çalışmalı və onlara qarşı mübarizə aparmalısınız. Bütün rahatlıq və rəhavət görünüşlərindən uzaqlaşın.
19- Hər yerdə iddianızı yaymağa çalışın. Nəfsinizlə şiddətli bir şəkildə mübarizə edin ki onu ələ alasınız; gözünüzü haramdan ayırın, duyğularınıza hakim olun.
20- Davamlı olaraq camaatla ruhən və əmələn əlaqəli olun və özünüzü daim hərbidə əmr gözləyən bir əsgər kimi qəbul edin.
Tarix: 22.05.2013 / 22:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri