Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

Yaya çox az vaxt qalıb. Artıq çoxları çimərlik mövsümünə hazırlaşmağa başlayıb. Ancaq çoxlarının bu mövsümdə gözəl bədən quruluşuna sahib olmaq üçün kifayət qədər vaxtı və səbri olmur. İndi təəssüflənməyə dəyməz. Uzun illərdir Hollivud ulduzlarına qısa zaman ərzində gözəl görünüş bəxş edən amerikalı mütəxəssis Veyans Ey Fulton məsləhətləri ilə bölüşüb.

Belə ki, bir müddət öncə o, 6 həftə ərzində formada olmaq haqqında kitab yazıb. Artıq kitab bestseller olub. Müəllifin sözlərinə görə, rejimə riayət etməklə nəinki gözəl bədən quruluşuna qovuşmaq olar, hətta dərinin, saç və dırnaqlarında vəziyyətini yaxşılaşdırmaq mümkündür.
Bunun üçün səhər yeməyindən imtina etmək, soyuq duş qəbul etmək və qara kofe içmək lazımdır. Kitabda səhər yeməyini saat 10:00-dan tez etmək məsləhət görülmür. Ən ideal variant gündə 3 dəfə yemək yeməkdir. Mütəxəssisin çəki artıran "təhlükəli qidalar" siyahısına meyvə şirələri, kokteyllər, hətta brokolli də daxildir.
Selülitlə mübarizə üçün isə soyuq vanna və kofe lazımdır. Soyuq su həm də metobolizmanı gücləndirir.


Tarix: 16.05.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...