Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir

"Kor qısqanclıq" ifadəsi, sən demə, sadəcə, obrazlı şəkildə söylənilmiş sözlər deyilmiş. "The Teleqraph"ın məlumatına görə, alimlər müəyyənləşdiriblər ki, qısqanc olmaq hissi qadınların birbaşa şəkildə görmə qabiliyyətlərinə mənfi təsir edir. ABŞ-ın Delaver institutu tərəfindən aparılan araşdırmalar zamanı çox maraqlı nəticələr qeydə alınıb. Müəyyənləşdirilib ki, qısqanc olan qadınlar o dərəcədə mənfi emosiyalara qapılırlar ki, axtardıqları əşyaları belə tapmaq iqtidarında olmurlar. Laboratoriya şəraitində aparılan təcrübədə yanaşı, lakin ayrı-ayrı kompüterlərin arxasında oturan cütlüklər iştirak ediblər. Təcrübədə iştirak edən qadınların vəzifəsi sürətlə bir-birini dəyişən təbiət təsvirlərinin fonunda ara-sıra yer alan emosiyalara mənfi təsir göstərən kadrları yox etməyə cəhd göstərmək olub.

Kişilər isə ekranda cəlbedici təsvirləri seçməli idilər. Bu anda eksperimenti aparan əsas mütəxəssis qadınlara kişilərin fotolardakı qadınların xarici görkəmlərinə qiymət verdiklərini açıqlayıb. Eksperimentin sonunda isə qadınlar öz sevgililərinin digər qızları qiymətləndirməsini eşitməyin nə dərəcədə ağır olduğunu söyləyiblər. Məlum olub ki, daha çox qısqanclıq nümayiş etdirən qadınlar onlara tapşırılan şəkilləri tapmaqda çətinlik çəkiblər. Qısqanclıq və "korluq" hissləri isə qadınların öz sevgililərinin digər qızlara qiymət verməsini fikirləşdikləri an üst-üstə düşüb. Mütəxəssislər bildiriblər ki, məhz bu təcrübə sosial münasibətlərlə həqiqətdə qəbul olunanlar arasında sıx əlaqələrin mövcudluğunu sübut edir.


Tarix: 16.05.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...