Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqarət çəkən və çəkməyən Qadının fərqi...

Siqaret çəkənlər çəkməyənlərə nisbətən bakterial infeksiyalarla və iltihabi xəstəliklərlə daha çox xəstələnirlər. Bu, tütünün tərkibinə daxil olan yüzlərlə toksiki birləşmələrin orqanizmə daxil olması ilə əlaqədardır. Lakin onların necə təsir etdiyini son zamanlar aparılan tədqiqatlar göstərmişdir.
Məlumdur ki, nikotin immun sistemin hüceyrələrinin müdafiə qabiliyyətini – daha dəqiq isə, bakteriaları tapmaq və məhv etmək qabiliyyətini zəiflədir. Məsələ burasındadır ki, neytrofillər sümük iliyində formalaşır, differensasiya olunur. Nikotinin neytrofillərə qarşı təsiri əvvəllər də güman olunurdu. Lakin hələ ki, bunun təsir mexanizmi məlum deyildi.
Devid Skottun rəhbərliyi altında işləyən alimlər promielositlərdən neytrofillərin differensasiya prosesinin modelini yaratmışlar- nikotinli və nikotinsiz neytrofillərin. Aydın olmuşdur ki, nikotinli mühitdə formalaşan hüceyrələrdə bakteriyaları məhv etmək üçün lazım olan çoxlu miqdarda sərbəst radikalların əmələ gəlməsi prosesi zəifləyir.


Alimlər hesab edirlər ki, onların müşahidələri siqaret çəkənlərin bakterial infeksiyalara və iltihabi xəstəliklərə qarşı həssas olduğunu təsdiq edir.


Siqaret çəkmək süd vəzisinin xərçənginə birbaşa yoldur.

ABŞ Kaliforniyanın Mayo klinikasının alimləri süd vəzilərində xərçəngi olan 1 225 qadını və 6 872 sağlam müayinə etmişlər. Nəticələr göstərmişdir ki, onların 10%-i eksperiment anında siqaret çəkmiş, 9%-i siqaretdən yenicə imtina etmiş, 81%-i isə heç çəkməmişlər. Beləliklə, siqaret çəkən qadınlarda xəstələnmə riski daha yüksəkdir. Siqaretdən imtina edərkən isə dərhal risk aşağı enir. Həmçinin aydın olmuşdur ki, 11 il oral kontraseptiv preparatlar qəbul edən qadınlarda 200% süd vəzilərinin xərçəngi baş verir. Mütəxəssislərin hesablamalarına görə bu xəstəliyin artım sürəti hər il 2% artır.
Mütəxəssislər siqaretin menopauzadan əvvəl və yaxud sonrakı dövrdə də fərqli təsir etdiyini öyrənməyə çalışırlar.
Siqaretdən imtina tez bir vaxtda ürək xəstəliklərinin əmələ gəlmə riskini azaldır. Belə insanlarda adətən bir neçə həftə sonra onlarda C reaktiv zülalı, interleykin–6 maddəsi azalmış olur (iltihab əlamətlərini təsdiq edən göstəricilərdir, iltihabi proseslərdə immun sistemin cavab reaksiyasını bildirirlər).


Tarix: 17.05.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...