Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanimlar, Boyunuzun uzanmasını istəyirsinizsə...

Həmişə cavan qalmaq qadınların əzəli və ədəbi arzusudur. Elə qadınlar var ki, yaşını gizlətmək üçün şəxsiyyət vəsiqəsindən belə imtina edər. Ancaq yaşı təkcə şəxsiyyət vəsiqəsi göstərmir. Boynumuz vəsiqədən də betər xəyanətkardır!

Əgər vaxtında boyun-boğazınıza diqqət yetirməmisinizsə, nə gözəl geyim, nə zərif bədən, nə də bacarıqlı makiyaj sizin yaşınızı ört-basdır edə bilər. Boyunun dərisi çox tez qocalır. Normal qulluq olunmadıqda boyunun dərisi artıq 30 yaşda boşalmağa başlayır və qırışlarla örtülür. Bunun bir çox səbəbi var. Boyunun dərisi çox zərifdir və bədənin başqa hissələrinə nisbətən zəif inkişaf edib. Bu isə dərinin yetərincə qidalanmamasına və təbii olaraq, tez qocalmasına səbəb olur.
Boyunun quruluşu da onun qocalmasını sürətləndirir. Boyun, demək olar ki, hər dəqiqə hərəkətdədir. Bu isə ona istirahət etməyə imkan vermir. Boyunun aşağı əzələlərini məşq etdirmək üçün xüsusi hərəkətlər lazımdır. Hündür yastıqda yatmaq, oxuyarkən, yazarkən burnu az qala masaya yapışdırmaq, gəzərkən başını aşağı salmaq kimi pis vərdişlər də boyuna mənfi təsirini göstərir.
Düzgün olmayan qamət də boyunun düşmənidir. Məsələ burasındadır ki, bədənin bütün ağırlığı çiyinlərə və boyunun üzərinə düşür. Stres və xoşagəlməz hadisələrin mənfi təsiri isə təkcə boyunda deyil, bütün xarici görünüşdə özünü büruzə verir.
Boyuna, ən nəhayət, bəzi xəstəliklər də təsir edir.
Qaraciyərin və həzm orqanlarının xəstəlikləri zamanı boyunun dərisində torabənzər sarı və yaxud qırmızımtıl ləkələr əmələ gəlir. Günün ən qızğın vaxtında qaralmağı sevənləri də eyni problem gözləyir. Çox təəssüf ki, əksər hallarda qadınlar boyuna qulluğu sadəcə, adi gigiyena qaydalarına riayət etməklə bitmiş hesab edirlər. Üzümüz üçün silsilə kosmetik vasitələrdən istifadə etdiyimiz halda, boynumuzu yumaqla kifayətlənirik. Əslində isə bədənin bu incə hissəsini qətiyyən unutmaq olmaz! Boyunun dərisini uzun müddət hamar və elastik saxlamaq üçün ona hər gün bir neçə dəqiqə vaxt ayırmaq lazımdır. Bunun üçün xüsusi vərdişləri həyat tərzinə çevirmək lazımdır:
* alçaq yastıqda yatmaq;* boyunun dərisini üz üçün istifadə etdiyimiz vasitələrlə təmizləmək;
* mütləq qidalandırıcı və ya nəmləndirici kremdən istifadə etmək.
Bəzi kosmetoloqlar boyunun qocalmaması üçün qaynar bürümələri məsləhət görürlər. Lakin həkimlərin fikrinə istinad etsək, bu məsləhətdən uzaq olmaq lazımdır. Son illərdə sənayenin inkişafı insanlarda qalxanabənzər vəzin böyüməsi riskini xeyli artırıb. İstiliklə bağlı istənilən proseslər bu halda çox zərərlidir.
Otlardan hazırlanmış ilıq kompreslər boyun üçün çox xeyirlidir. Bunun üçün dəsmalı cökə çiçəyinin dəmləməsində, çayda və ya adi süddə isladıb möhkəm sıxın və 15-20 dəqiqəlik boynunuza sarıyın.
Axşam yuyunduqdan sonra boynunuza krem çəkin. Sonra isə dörd yerə qatlanmış dəsmalı duzlu suda isladıb onunla boynunuzu döyəcləyin. Əllərinizi kremləyin və çənənin alt hissəsini masaj edin, sonda isə əlin arxa hissəsi ilə boynunuzu döyəcləyin. Boyun üçün başqa bir prosedura da var: duş və yaxud vanna qəbul etməzdən əvvəl boynunuzu kremlə döyəcləyin və nəm dəsmalla sarıyın. Vannada olduğunuz müddətdə bir neçə dəfə dəsmalı ilıq su ilə isladın. Bu boyunun zərif dərisini cavanlaşdırır.
Kosmetikadan və tozdan təmizlənmiş üzü və boyunu meyvə ilə silmək ona çox yaxşı təsir göstərir. Bunun üçün banan, şaftalı, portağal, çiyələk, üzüm və başqa meyvələrdən istifadə edə bilərsiniz.
Yatmazdan öncə boyunu sabunlayın (tərkibində krem olan sabunla) və bir neçə dəqiqə zərif fırça ilə masaj edin. Bu cür masaj sinə-çənə-sol qulaq-çənə-sağ qulaq istiqamətində edilməlidir. Bundan sonra boyunu qurulayın və nəmləndirici krem çəkərək barmaqlarınızın ucu ilə döyəcləyin. 15 dəqiqədən sonra kremin qalığını kağız salfetlə təmizləyin. Hər axşam dərinizi lasyon və yaxud toniklə təmizlədikdən sonra boynunuza krem çəkin və sağ əli sola, sol əli isə sağa hərəkət etdirməklə masaj edin.
Əgər boyunun dərisi qaz dərisini xatırladırsa, onda həftədə iki-üç dəfə aşağıdakı proseduradan istifadə etmək lazımdır: dəriyə zeytun yağı, yaxud kosmetik süd çəkin. Sonra suda azacıq nəmləndirilmiş duz topası ilə boynunuzu dairəvi hərəkətlərlə qızarana qədər aşağıdan yuxarı doğru masaj edin. Qalxanabənzər vəzin üzərində masaj yumşaq olmalıdır. Bundan sonra ilıq südlə kompres edin. Ən sonda boyun təmiz su ilə yaxalanmalı və krem çəkilməlidir.Boyun üçün hərəkətlər

Boyunu yaxşı formada saxlamaq, qocalmasının qarşısını almaq üçün xüsusi hərəkətlər var. Bu hərəkətlər nə xüsusi vaxt, nə də xüsusi enerji tələb edir. Nəticə isə özünü qısa zamanada göstərir.
* Çarpazlaşdırılmış əllərinizi boynunuza qoyun və başınızı mümkün qədər arxaya əyməyə çalışın.
* Əllərinizi çənənizə qoyun və boynunuzu aşağı əyməyə çalışın.
* Üzü üstə uzanın, başınızı mümkün qədər yuxarı qaldırın, sonra isə aşağı salın.
* Çiyinlərinizi hərəkət etdirmədən boynunuzu yavaş-yavaş tamamilə sağa və sola döndərin. Hərəkəti hər istiqamətdə 10 dəfə təkrar edin.
* Qamətinizi düzəldin. Əllərinizlə çiyinləri kənarlardan aşağı sıxmaqla boynunuzu yuxarı qaldırmağa çalışın. Çiyinlər qalxmamalıdır. Dərindən nəfəs alın, 10-a qədər sayın. Bir neçə saniyə dincəldikdən sonra hərəkəti 5-6 dəfə təkrar edin.
* Boynunuzu düzəldin və dilinizi çıxararaq burnunuza çatdırmağa çalışın. Eyni vaxtda dilinizi müxtəlif şəkillərdə hərəkət etdirin. Hərəkəti 5 dəfə təkrar edin.
* Tələsmədən tez-tez, məmnuniyyətlə əsnəyin. Bu zaman yeni qırışların əmələ gəlməsinin qarşısını almaq üçün barmağınızı alnınıza qoyun.
* Qələmi ağzınıza qoyub havada ən azı 10 hərf yazın.

Buxağı aradan qaldırmaq üçün hərəkətlər

* Boynunuzu 10 dəfə sağa və sola döndərin.
* Alt dodağınızı üst dodağınızın üstünə qoyun və bu vəziyyətdə başınızı dala əyərək 10 saniyə dayanın. Hərəkəti 5 dəfə təkrar edin.
* Düzgün oturun və qabağa baxın. Buxağınızı çəkərək başınızı mümkün qədər dala əyməyə çalışın. 15-20 saniyə bu vəziyyətdə qalın. Bir neçə saniyə istirahətdən sonra hərəkəti təkrar edin.
Boyun və buxaq üçün olan hərəkətləri aşağıdakı prosedura ilə tamamlamaq olar: dəsmalı soyuq suda isladın, sıxın və bir qulağınızdan o biri qulağınıza qədər boynunuza sarıyın. Bir neçə dəqiqədən sonra soyuq dəsmalı ilıqla əvəz edin. Beləliklə, 15 dəqiqə ərzində dəsmalları növbələşdirərək kompresi tamamlayın.Boyun üçün maskalar

* İki ədəd bişmiş ilıq kartofu əzin, üzərinə 1 yumurta sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı qlesirin əlavə edib qarışdırın. Alınan kütləni geniş cunaya yaxıb boynunuza dolayın. Cunanı üstdən neylonla örtün və elastik tənziflə sarıyın. Maska 15-20 dəqiqə qalmalıdır. Bundan sonra boynunuzu ilıq su ilə yuyun və 1 çay qaşığı duz əlavə olunmuş 1 sətkan cökə çiçəyi dəmləməsi ilə yaxalayın. Bu maskanı kompresdən sonra etmək məsləhət görülür.
* 1 yumurta ağını 1 çay qaşığı bitki yağı və yarım limonun şirəsi ilə qarışdırın. 10-15 dəqiqəlik boynunuza çəkin. Sonra ilıq su ilə yuyun və cökə dəmləməsi ilə yaxalayın.
* Parafini su vannasında qızdırın. Sonra əlinizin üstündə sınayın. Yandırmırsa, fırça ilə boynunuza çəkin. Parafin tamamilə qurudulmuş boğaza 1,5-2 santimetr qalınlıqda çəkilir. Sonra şpatellə ehtiyatla çıxardılır. Tam kurs üçün maskadan həftədə 2-3 dəfə olmaqla 10-15 dəfə istifdə edilir. * Çörək üçün xəmir hazırlayarkən ondan bir hissə götürüb lent kimi yayın və boynunuza sarıyın. 20 dəqiqədən sonra xəmiri çıxarın və boynunuzu birin üçə nisbətində su ilə qarışdırılmış limon şirəsi ilə silin.
* 4 xörək qaşığı narın doğranmış cəfərinin üzərinə 250 millilitr qaynar su əlavə edin. 20 dəqiqədən sonra süzün, dəsmalı bu mayedə isladaraq 20 dəqiqəlik boynunuza qoyun. Dəsmalı çıxardıqdan sonra boynunuzu yumayın. Quruduqdan sonra isə kre m çəkin .
* gəzərkən başı dik tutmaq;
* xüsusi hərəkətlər etmək


Tarix: 19.05.2013 / 15:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...