Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi depressiyanın dərmanıdır

Müasir dövrün ən aktual problemlərindən biri olan depressiyanı ruhi çöküntü də adlandırmaq olar. Depressiyanın sürətlə insanları cənginə alması xəstəliyin ciddiliyindən xəbər verir. Hətta mütəxəssislər bu xəstəliyin 2020-ci ildə ən qlobal xəstəlik olacağına da proqnoz verirlər.
Depressiya sevgidə, işində, təhsilində və başqa bu kimi sahələrdə uğur qazana bilməməyin məyusluğundan doğur, insanın həyat tempini aşağı salır, bəzən yox edir. Müacilə olunmadıqda bu xəstəlik illərlə, hətta bir ömür boyu sürə bilir. Bəs depressiyanın əlamətləri nələrdir? Əhval - ruhiyyənin enməsi, özünə inamın azalması, tez yorulmaq, əvvəllər insana maraqlı gələn məqamlara marağın itməsi, həzz hissinin sönməsi, fikrini cəmləşdirə bilməmək, özünü kiçiltmək, gələcəyə ümidsizlik, yuxunun qaçması, iştahanın pozulması və s. kimi neqativ hallar iki həftədən artıq davam edərsə, bu depressiyadan xəbər verir. Yuxarıdakı simptomların sayına görə bu xəstəlik yüngül, orta və ağır olmaqla üç yerə bölünür. Hazırda dünyada 110 milyon insan depressiyadan əziyyət çəkir. Hər 100 kişidən 10-da, 100 qadından 20-də bu sindrom aşkarlanır. ABŞ xəstəxanalarında hər il 12 milyon qadın depressiyadan müalicə olunur, hər 8 qadından birinin isə bu xəstəliyə düşmək ehtimalı var.

Araşdırmalar göstərir ki, qadınlar daha çox, hətta kişilərdən iki dəfə artıq depressiyadan əziyyət çəkirlər. Çünki qadınlar həyatlarında üç dəfə böyük psixoloji gərginlik yşayırlar: həddi-buluğa çatanda, ailə qurub ana olanda və aybaşı kəsilən dövrdə. Göründüyü kimi, qadınların psixolji gərginliyi hələ yeniyetmə yaşlarından başlayır. Menstruasiya dövrünə qədəm qoymuş qızdakı gərginlik bir müddət sonra bitsə də, ailə həyatı qurmaqla yenidən gərginlik yaşamağa başlayır. Təbii ki, burada həyat yoldaşının da böyük rolu var. Əgər o, xanımına diqqətsizlik göstərsə, qadın özünü atılmış hiss edəcək. Hətta onun məişət və övlad qayğıları ilə də məşğul olmağa həvəsi qalmayacaq. Ana olan zaman qadında ruh düşkünlüyünün yaranması da tez-tez rast gəlinən hallardandır. Bu zaman qadında yeni doğulmuş övladına qarşı soyuqluq, sərtlik yaranır. Belə qadınlar 3 aya yaxın müalicə olunmalıdırlar. Qadınların ən böyük çətinlik yaşadığı dövr isə menstruasiyanın bitmə dövrüdür, qadının xasiyyəti kobud və sərt olub, özünü lazımsız hiss edir, əgər onun həyat yoldaşı yoxdursa, belə vəziyyət daha şiddətli ola bilir. Bu baxımdan Qərb qadınının adını xüsusi qeyd etmək lazımdır, çünki o Şərq qadınından fərqli olaraq özünü tənha yaşamağa, yaşlananda yanında heç kimin olmayacağına zaman-zaman alışdırırıb. Elə ona görə də, qərbli qadınların yaşlandıqda keçirtdiyi psixolji gərginlik az olur.


Depressiya zamanı aşağıdakıları məsləhət görülür:

1) Depressiyasını aradan götürmək üçün fiziki hərəkətlər - aerobika ilə məşğul olmaq;
2) Duz, yağlı qidalar, kofein və alkoqol azaldılmalı və bol karbohidratlı qidalara üstünlük verilməli;
3) B-6 vitamini, kalsium, maqnezium, vitamin E qədul etmək;
4) Xüsusi əhəmiyyətli primula və giləmeyvə məhsulları ilə qidalanmaq;
5) Namaz qılmaq və digər ibadətlər.



Depressiyadan əziyyət çəkən kişilər də az deyil. Cek London, Van Qoq kimi dahilər bu xəstəliyin qurbanı olublar. Kişilərin depressiyaya məruz qalması onların işinə də əngəl törədir. Hətta İsrail alimləri depressiyada olan vətəndaşların sayəsində hər il ölkə iqtisadiyyatına 23,5 mln ziyan dəydiyini hesablayıblar. Təkcə maliyyə cəhəti deyil, elə ailənin mənəvi aspektlərini əsas tutsaq, bu xəstəliyin ər-arvad münasibətlərinə, övladların psixologiyasına nə qədər mənfi təsir göstərdiyini, hətta boşanmaya belə gətirib çıxara bildiyini qeyd etmək lazımdır.

Şiddətli depressiyaların nəticəsi isə, bəzən intihar olur. Depressiyada olan xanımlardan biri belə vəziyyətində bağlarına gedib qazla özünü boğmaq istədiyini, ancaq xilas edildiyini deyir. Tutduğu əməlindən peşman olan həmin şəxs intiharı çıxış yolu hesab etməyin ən böyük yanlışlıq olduğunu söyləyir və insanları intihardan çəkindirir.

Qadınlar intihardan çox danışsalar da, əsasən kişilər intihar edirlər. Qadınlar depressiyadan tez də xilas ola bilirlər. Xəstəliyin müalicəsi onun növünə görə aparılır. Dərman vasitələri, yəni antidepressantlardan istifadə etməklə 2, 3 həftəyə müsbət nəticə almaq olar. Amma bu dərmanların da zərərli tərəfləri var. Ən yaxşı və heç bir ziyanı olmayan müalicə metodu psixoterapiyadır ki, bir qədər gec təsir etsə də, nəticə effektli olur. Dəyanət müəllim qadınlarımıza depressiyaya məruz qalmamaq üçün sevginin də çox müsbət təsirinin olduğunu söylədi. Belə ki, sevmək, təbiət qoynunda olmaq, heyvanlarla ünsiyyət və ailə qurmaq- yəni tənha olmamaq depressiyanın qarşısını ala bilir.
Əziz xanımlarımız, hər birinizə bu xəstəlikdən uzaq olmağı, daim gülümsəyib xoşbəxt görünməyi və daxilən rahat olmağı arzu edirəm!


Tarix: 18.05.2013 / 13:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 247 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...