Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Başdan çıxaran hərəkətlər....

Bir qadın bir kişini bir kişi bir qadını necə başdan çıxarar? Sadə bir gülümsəmədən bahalı bir axşam yeməyinə qədər qarşınızdakı insanı başdan çıxardan təkliflər..
Nəmli gözlər :Qarşılıqlı danışarkən isti və dərin baxışlarla gözlərinə baxın. Gözlərinizi ondan ayırmaqda çətinlik çəkdiyiniiz göstərin.. Bu texnikanı xüsusilə kişilər istifadə edə bilər, qadınlar bəyənildiyini anlamaqdan xoşlanar. Qadınlar isti və nəmli baxışlarla kişiləri təsir edə bilər.
Vizual mərasim: Sevgilinizlə romantik, gözəl məkanlara gedin. Qarşılıqlı oturaraq bir-birinizi kəşf edin. Gözlərinizdən, saçlarınızdan, çiyinlərinizdən danışın. Bədəni haqqında gözəl sözlər eşitmək qadınları hər vaxt təsirləndirər, partnerinin onu nə qədər seksual tapdığını anlamasını təmin edər. Bu üsul kişilər üçün bir az təhlükəli ola bilər. Bu açılamlar qadınları yataq otağına qədər apara bilər.
Bahalı axşam yeməyi: Bu centlmen kişilərin xoşlandıqları qadını başdan çıxartmasını təmin edən bir təklifdir.. Sevgilinizi aparacağınız restoran və davranışlarınız təsir edicilik baxımından əhəmiyyətli.. Yeməkdən sonra evə getmək istəyirsinizsə atmosfer əhəmiyyətlidir. İlk olaraq bir az səthi kimi görünə bilər ancaq qadınlar ilk görüşməyə görə kişiləri qiymətləndirər.
Təsir edici bir paltar: İlk görüşmədə paltar seçimi əhəmiyyətlidir. Kişilər paltarlarının keyfiyyətli görünməsinə diqqət göstərməlilər. Qadınlar yaxşı geyinən kişilərdən xoşlanarlar. Qadınlar da özlərini cazibədar göstərən ancaq ucuz olmayan paltarları seçim edə bilər. Kişilərin qadınları çılpaq xəyal etməsi üçün mini ətək geyməsinə ehtiyac yoxdur. Zərif dekolteli, şal və ya pencək ilə tamamlanmış (yeməyə oturarkən çıxarılmaq üzrə) bir paltar seçimi qadınları daha seksual göstərər
Həyəcanlandırın: Kişilər ikinci görüşləşmələrində partnerlerini özlərinə sarılmalarını təmin edəcək, bəhanə olacaq qorxu filmlərinə apara bilərlər.
Duyğularınızı göstərin: qarşınızdakı insanın ürəyini oğurlamaq üçün ona nə qədər dərin duyğular bəslədiyinizi göstərməniz lazımdır. Ona qarşı hisslərinizi onun da sizə qarşı duyğularını şərhini təmin edici şəkildə açıqlayın. Bu təklif xüsusilə kişilər üçün səhv başa düşülmələr sonrasında müraciət edə biləcəkləri bir üsuldır. Verilən reaksiyaların vəziyyətə uyğun olub olmadığına diqqət yetirilməsi lazımdır.



Gülümsəyin: Sadə və təsirli bir üsul.. Bədən dilinin ən əhəmiyyətli vasitəsi təsirli bir gülümsəmə insanlarla nə qədər əlaqədar olduğunuzu göstərər. Qarşı cinslə danışarkən gülümsəməniz qarşınızdakını cəsarətləndirər. Qısa bir gülümsəmə yerinə uzun gözəl bir gülümsəmənin üzünüzə yayılmasına icazə verin. Bu qarşınızdakına sizi daha isti və səmimi göstərib əlaqənin uzun ömürlü olmasını təmin edə bilər.
Bunun haqqında nə hiss edirsən, nə düşünürsən?: Kişilər üçün yaxşı bir təklif.. Qadınlar hər hansı bir mövzuda danışmağı, fikirlərini izah etməyi sevərlər. Xoşlandığınız ya da baş yorduğunuz suya sabuna toxunmayan şeyləri 'Bunun haqqında nə hiss edirsən, nə düşünürsən?' kimi ümumi bir sual ilə ortaq söhbət mövzusu edə bilərsiniz. Qadınlar da, bu cür suallarla maraqlandıqları mövzularda kişilərin nə düşündüyünü anlaya bilər.
Qulaqlarınız açıq olsun: Görüşmə əsnasında kişilər qadınların izah etdikləri şeylərdən nələrə marağı olduğunu çıxararaq mövzunu uzada bilər və qadını evinə buraxa bilər. Qadınlar dərinlərdəki duyğularına çata bilən kişilərdən xoşlanarlar. Ayrıca, qadınlar daha sürətli hərəkət edərlər, kişilərin onları seks objesi olaraq görməsindən xoşlanmazlar.
Güldürün: Digər əhəmiyyətli bir texniki güldürməkdir. Bir qrup içindəykən etdiyiniz yaxşı zarafat və zarafatlarla xoşlandığınız qadını və ya kişini güldürüb diqqətini çəkə bilərsiniz. Bu hərəkət qrup içində sizin bir-birinizə özünüzü daha yaxın hiss etmənizi təmin edər. Kişilər xoşlandıqları adamla tanış olmasını təmin edəcək zərif və ağıllı zarafatlar çıxara bilməli, doğru zamanda və yerində istifadə edə bilməlidir.


Tarix: 13.05.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...