Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə üçün qadınlar hündür boy kişiləri seçir?

Hündürboy kişilər tarixən qadınlar tərəfindən sevilən, onların marağına səbəb olan, kişilər olmuşlar.
Bu fakt olaraq qalmaqdadır. Səbəb? Nə üçün qadınlar hündürboy,
qamətli kişilərə daha çox üstünlük verir nəinki qısaboy (bəstəboy) kişilərə?
Axı sübut olunmuşdur ki, qısa boy kişilər hündürboy kişilərə nisbətən daha iti
zehinə və daha güclü məntiqə sahibdirlər. Hətta əsrlər keçsə belə bu sübuta yetirilmiş və
fakt olaraq qalmaqdadır. Məsələn: Napaleon Bonapart, Prince Charlz, Çarli Çaplin və s.

Ancaq bu həqiqətlər qadınların fikrini dəyişə bilməmişdir və dəyişmir də.
Buna dair psixoloqlar və ekspertlər də öz fikirlərini söyləməkdən çəkinməmişlər.
Psixoloqlar buna dair bir neçə fakt açıqlamış oldular: 1958-ci ildən 2009-cu ilə qədər
müşahidələr aparılır və onlar bu müşahidələrində yanılmadıqlarını bir daha sübuta yetirmiş oldular.

Deniel Nettla adlı həkim dünya şöhrətli həkimlərdən hesab olunur.O, və onun komandası 42 illik
təcrübəyə malikdirlər. Komanda söyləyir biz artıq neçə ildir ki, bu halla üzləşirik və
bu hal artıq bu günə görə fakta çevrilib: “Biz 183 və 177 boylu kişilər arasında seçimi qadınlara
təqdim edərkən onların əksəriyyəti 183-boyuna üstünlük verdi. Halbuki bunlar arasında
6 sm fərq var. Lakin qadınlar öz seçimlərində dəyişməz olaraq qaldılar”.

Onlar bunu onunla izah edirlər ki, qadınlara görə hündürboy kişilər daha qamətli və daha
çox qüvvəyə sahib olduğundan ailə saxlamaq, ailəni təmin etmək kimi imkanları daha genişdir.
Ekspertlər də bu halla razılaşdı hətta bir fakt da onlar irəli sürmüş oldular: onlar söyləyir ki,
bu fikir qadınlarda tarixən, qədim dövrdən formalaşmaqdadır.
Çünki hələ qədim dövrlərdə qəbilələr arasında belə bir məsəl formalaşmışdır:
“Hündürboy yekəpər kişilər daha yaxşı ov ovlaya bilər, daha tez evi çətin vəziyyətdən çıxara bilər.”

Bu artıq qadınların şüurlarında formalaşmış fikirdir ki, hündürboy kişilər daha çox
qüvvəyə sahib və daha yaxşı ailə təmin edəndirlər.
Bu günki günümüzdə hətta ekspertlər və psixoloqların köməyi olmadan belə: gənc qızlara
hansı aktyoru və ya müğənnini sevirsən?- deyə sual ünvanladıqda,
cavab olaraq daha çox həmin müğənnin sənət təhlili deyil, görkəm təhlilini almış oluruq.
Lakin dövrlər dövrlər dəyişsə də, əsrlər keçsə də, hər şey yenilənsə də statistikaya əsasən qadınların
78%-i Hündürboy, 12%-i Qısaboy, 10%-isə Fərqi yoxdur-deyir.


Tarix: 13.05.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...