1. Çəkinizi azaldın
Buna nail olmaq üçün yağlı qida qəbulunu azaldın və təzə meyvə və tərəvəzdən istifadə edin.
2. Düzgün qidalanın
Sağlam qida qəbul etməyə üstünlük verin. Bu, orqanizmin vəziyyətini balanslaşdırmağa kömək edəcək və sellülitin yaranması üçün yaxşı şəraitin yaranmasına imkan verməyəcək.
3. Qəbizlə mübarizə aparıb.
Bir qayda olaraq, qəbzlikdən əziyyət çəkən insanlarda sellülit olur. Qəbizliklə mübarizə aparmaq üçün ekspertlər tərkibində dənli bitkilər olan qidaları qəbul etməyi məsləhət görürlər. Bundan əlavə, yeməyə az miqdarda xam kəpək də əlavə etmək olar.
4. Bədəninizdəki problemli yerləri masaj edin.
Hər dəfə vanna və duş qəbul etməzdən əvvəl bud və dizdən yuxarını masaj edin.
5. İdmanla məşğul olun.
Ekspertlərin çoxu hesab edir ki, problemin həlli üçün idmanın təmassız növlərindən istifadə etmək lazımdır. Ən yaxşısı qaçmaq və üzməkdir.
6. Dərindən nəfəs alın.
Dərindən nəfəs almağı öyrənin. Çünki nəfəs alarkən orqanizm böyük həcmdə oksigen qəbul edir. Oksigen isə qandakı yağı yaxşı yandırır.
7. Daima sakit vəziyyətdə olmağa çalışın.
Tədqiqatlar göstərir ki, sellülit bədənin əzələləri gərgin olarkən dəri altına daha çox yığılır. Əzələlər isə çox vaxt stressin təsiri altında yığılırlar. Buna görə də işdə daima stress altında olan insanlar öz emosiyalarına nəzarət etməyi öyrənməlidirlər. Yoqa- ideal antistress vasitəsidir.
Tarix: 12.05.2013 / 18:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri