"Eıleonora” gözünü açıb hələ də yatmaqda olan Fəxrəddinə nəzər saldı. Əlini qaldırıb onun üzünə sığal çəkmək istədi, amma sanki gözəgörünməz əngəllə rastlaşdı. Əli havada asılı qaldı. Cəld çevrildi. Gözləri dolmağa başladı.
Fəxrəddin göz qapaqlarını açıb tavana zilləndi. Əli ilə yanındakını yoxladı. Barmaqlarını açıq kürəyində gəzməyə başladı. Dirsəklənib "Eleonora”nı qucaqladı. Yanağını onun yanağına toxundurdu.
-Ağlayırsan?
"Eleonora” titrək barmaqları ilə yanağı boyunca cığır açmış göz yaşlarını sildi. Qüvvətli qollardan çıxmaq istədi. Amma Fəxrəddin buna imkan verməyib onu daha da bərk sıxdı.
-Nə oldu birdən?-soruşdu.
-Heç nə,-quru cavabladı.
Fəxrəddin xəfifcə təbəssüm edərək barmaqlarını onun üzündə gəzdirdi.
-Adın nədir? Əsl adın...
"Eleonora” sərt şəkildə Fəxrəddinə nəzər saldı. Onun bir nöqtəyə zillənərək tərpənməyən göz bəbəkləri ilə qarşılaşdı. Kəskin şəkildə dirsəyi ilə sinəsindən vurub kürəyi üzrə yıxdı. Cəld üstünə çıxıb əyləşdi. Əllərini Fəxrəddinin sinəsinə qoyub əyildi.
-Bir daha soruşma!!!-nifrətlə qeyd elədi.
Fəxrəddin üzünə mülayim ifadə bəxş edib barmaqlarını onun qolları boyunca yuxarıya qaldırmağa başladı. Üzünü əlləri arasına aldı.
-Adın nədir?
"Eleonora”nın gözləri təkrar dolub daşmağa başladı. Barmaqlarına süzülən isti damcıları sezib onun üzünü daha da yaxınlaşdırdı.Dodaqlar arasındakı məsafə çox az idi.
-Adın nədir?-mehribanlıqla təkrar soruşdu.
"Eleonora” gücdən düşüb başını Fəxrəddinin sinəsinə dayadı.Fəxrəddin əlləri ilə onun başına sakitləşdirici sığal çəkdi.
-Dinara. Dinara Qafarova.
"Eleonora” keçmiş adını etira edib başını onun sinəsindən qaldıraraq öz yerinə keçdi. Yastığı qolları ilə qucaqlayıb gözlərini bir nöqtəyə zillədi. Fəxrəddin qalxıb kürəyini söykədərək əyləşdi.
-Nə istəyirsən məndən?-"Eleonora” buz səsini işə saldı.
-Sənin ruhunu kəşf etmək...
-Mənim ruhum yoxdur. Öldürüblər. Məhv ediblər.
-Yanılırsan, gözəlim.
-Mənim nələr yaşadıqlarımı bilmirsən.
"Eleonora” çarpayıdan aralanıb əyninə xalat keçirdərək vanna otağına girdi.Fəxrəddin hələ çarpayıda əyləşmi durumda nəyisə götür-qoy edirdi. Beynində tamamlanmış analizin nəticəsindən sevinib dodaqlarına təbəssüm qondu...
...Atası işini vəhşiliklə görüb bitirdikdən sonra qıza nifrətlə nəzər salaraq otaqdan çıxışını etdi. Dinaranın bədəni ruhsuz, cansız olmuşdu artıq. Gözləri qapanmaq bilmirdi. Tavana zillənmışdi neçə müddət. Hərəkət edə bilmirdi. Ağzı açıq qalmışdı.
Səhərə yaxın yavaş-yavaş gözləri, ağzı ağır şəkildə açılıb qapanmağa başlandı. Güclə yana çevrildi. Birdən titrəməyə başladı. Qolları ilə özünü qucaqladı. Və anidən səssiz şəkildə axan gö yaşlarının seli. Bir xeyli ağladıqdan sonra əlləri ilə döşəməyə dayaq verdi. Gücsüzlüyündən dayağı alınmadı. Çırpıldı.Titrəməsi gah sürətlənirdi, gah da azalırdı. Beyni işləmirdi. Funksiya "stop” demişdi. Ətrafı tam aydın şəkildə görüb dərk edə bilmirdi. Dumanlanmışdı ətrafı .Toranlığı görürdü ancaq. Qurumuş dodaqları güc-bəla ilə bir-birindən aralayıb dilinin ucu ilə islatdı. Bir daha əlləri ilə dayaq verdi. Kürəyini döşəmədən qaldırmağa müvəffəq oldu. Sürünə-sürünə gəlib divara söykəndi. Lüt idi. Bədəni ağrılarla dolmuşdu. Tir-tir əsən qolları ilə dizlərini qucaqladı. Gözləri birdən dəhşətdən böyüdü. Qan. Onun qanı. Dişlər bir-birinə dəyirdi.Bunu başa düşməyin özü belə zordur. Atası, dosdoğma atası onu zorlamışdı. Öz canından, qanından bir parça olan qızınə vəhşicəsinə təcavü etmişdi.
Anasını xatırladı. Həmişə atasının şiddətlərinə məruz qalan anası.Dinara üz cizgilərindən anasından daha çox atasına çəkmişdi.Yazıq qadın düşünürdü ki, bəlkə buna görə atası qızını sevər, amma yanıldığını anlamışdı. Onu bu vəhşiyə ərə verən valideynlərinə lənət oxuyurdu.Öz çarəsizliyinə nifrət edirdi. Heç bir qohum maraqlanmamışdı onların durumu ilə.
Qorxu altında ətrafa nəzər saldı.Param=parça olmuş, bir tərəfə tullanmış geyimlərini görən kimi divara qısıldı. Gecdən gec sakitləşib sürünərək yatağından bir balaca aralı şkafa çatdı. Ayağa qalxmağa gücü qalmamışdı. Əlini atıb özünə alt geyimi seçib əyninə keçirtdi. Daha sonra şalvar, mayka tapıb geyindi.Güclə, ayağa qalxmadan, döşəmədə əyləşərək geyindi. Bədəninni bürüyən ağrılar getdikcə sürətlənirdi. Dodaqlarını qanadacaq dərəcədə dişləyib göz yaşlarını sərbəst buraxmışdı.Çarpayısına sürünməyə başladı. Hər 3-4 sürünməsində gücdən düşərək çırpılırdı.Tər, çirk, qan və göz yaşı qarışmışdı bir-birinə. Nəhayətində gəlib çarpayısına çatdı. 2 əlini çarpayıya qoyub zorla dizlərini döşəmədən araladı.Qarnı üstə çarpayıyya yıxıldı. Yastığı qucaqlayıb üzünü örtdü. Çiyinlərinin tərpənişindən onun səssizcə ağladığını anlamaq olardı. Səsini çıxarda bilmirdi.
3 gün-3 gecə belə vəziyyətdə qaldı. Heç kim gəlib qapını döymədi. Ona olmazın əziyyət verən ögey anası və ona laqeyd, soyuq münasibət ögey bacısından səs çıxmadı. Şillə-təpiyə qonaq edən və son anda təcavüzə əl atan atasının bağırtısı gəlmirdi qulaqlarında. Ümumiyyətlə heç nə eşitmək iqtidarında deyildi.Kar olmaq istəyirdi Dinara.
4-cü günün axşamı tualeti gəldiyindən çarpayıdan qalxdı. Gücdən düşmüş bədəni dözümsüz olduğundan yerə çökdü. Başının dəhşətli fırlanması, gözlərinin ancaq toran görməsi. Əlləri ilə divarı tutaraq ayaqlarını sürüməyə başladı. Zalda heç kim yox idi. Alnından damcılanan tərlər cığır açmışdı.
Mətbəxə keçib soyuducunu açdı. Yağ-pendir, kolbasa çıxartdı. Çörək qurumuşdu artıq.Özünə çay hazırlayıb masa arxasına keçdi. Başının hərlənməsi gah dayanır, gah sürətlənirdi. Ağzını güclə açıb yemək qəbuı eləməyə başladı.
Artıq yavaş-yavaş özündə güc topladı. Baş hərlənməsi, göz önündəki toranlıq, gücsüzlük-hamısı yavaşca getməyə başladı. Masaya dirsəklənib başını əlləri arasına aldı.Gözlərini nöqtədən ayırmayıb beyninin funksiyasını işə salmağa cəhd etdi. Alınmağını görüb ayağa qalxdı. Qalxan kimi çiyinlərinə çökən qaranlıq gücdən təkrar əyləşmək məcburiyyətində qaldı.Kürəyini söykədəndə ağrılar peyda oldu.Dişlərini bir-birinə bərk sıxıb gözlərini yumdu. Qollarını masaya buraxıb başını üstün qoydu.Vaxt öz sürətilə keçirdi. Artıq gecə düşmüşdü. Ev xalqından səs çıxmırdı. Əllərini divara sürtə-sürtə otağına doğrulanmağa başladı. Hər 5 addımda ayaqları sözə baxmayaraq dayanırdı. Səs salmadan otağına giriş edib tumbanın siyirtməsi çəkib içindəki açarı əlinə alaraq qapını kilidlədi. Əynini dəyişmədən çarpayısına yıxılıb yuxuya getdi.
Səhər duran kimi qapı döyüldü. Gözlədi ki, kimsə gedib açar. Amma nə açan oldu, nə də səsini çıxardan. Qapı isə döyülməsində idi. Əllərini divara sürtərək ətrafı gözdən keçirdərək dəhlizə qədər addımlayıb çatdı. Gözlükdən baxıb qonşu Lalə xalanı gördü. Dərindən nəfəs alıb qapını açdı. Lalə xala onu görən kimi gözləri dəhşətdən böyüdü. Ağzı söz tutmurdu.
-Q...ı...z...ı...m...
Dinara qorxa-qorxa Lalə xalaya baxdıqda bədənini təzə titrəmə bürüməyə başlayırdı. Əlinin titrəyişinə anlamsızcasına tamaşa etməyə başladı.
-Şey...
Eşitdiyi xəbərə nə reaksiya versin, bilmədi. Atası, ögey anası və ögey bacısı maşın qəzasında həyatlarını dəyişmişdilər...
...”Eleonora” onun biləyindən dartıb əl ağacının yardımı ilə yürüyən Fəxrəddini anlamaqda çətinlik çəkirdi. Heç nə demədən dartıb aparırdı harasa. Çox da uzaqda olmayan maşına yaxınlaşan kimi cavan sürücü çıxıb qapını açdı.
-Gir,-deyə Fəxrəddin əmrini bildirdi.
-Haraya?-quru soruşdu.
-Bunu görməlisən,-təbəssümlə dedi.
Fəxrəddinin ilıq gülümsəməsinə qarşı qoya bilməyib salona daxil oldu. Yanında əyləşən Fəxrəddin onun əlini öz əlində tutub saxladı.
-Emalatxanaya-deyə sürücüyə bildirdi.
"Eleonora” heç nə anlamasa da, söz soruşmadı. Fəxrəddinin dodaqlarını yanağında, barmaqlarını qolunda hiss edən kimi gözləri qapandı.Fəxrəddin qulağına pıçıldadı:
-Sənin xoşuna gələcək. Əminəm.
Yol boyu "Eleonora” Fəxrəddinin sığalları içində üzürdü. Gah qolunda, fah üzündə,gah boğazında gah qarnında, gah da dizlərində. "Eleonora”nın adəti üzrə qısa geyinmişdi. Nəfəsi isə əskik olmaq bilmirdi. Gənc sürücü arabir aynadan izləyib səmimi təbəssüm edirdi.
-Çatdıq,-sürücü saxlatıdırıb dedi.
Tez də maşından düşüb qapını açdı. Fəxrəddinin çıxmağına yardımçı olub "Eleonora”ya əlini uzatdı. Fəxrəddin cəld onun əlindən yapışıb başı ilə sürücüyə getmək işarəsini verdi. Maşın sürətlənib uzaqlaşdı. Yaxınlıqda iki mərtəbəli, kiçik səhəyə malik obyekt yerləşirdi. Fəxrəddin əl ağacını işə salaraq oraya doğrulanmağa başladı.
-Heç nə demə, gözəlim. Mən tanıyıram buraları.
Əl ağacı ilə qapını döydü. Qapını açan gənc qız maraqla gah ona, gah da yanındakına baxdı.Fəxrəddin bunu sezmiş olmalı ki, qəzəblə səsini qaldırdı.
-Bəlkə içəri dəvət edəsən?
Gənc qız özünü itirərək tələm-tələsik bildirdi:
-Hə...Əlbəttə...Buyurun...
Qızın baxışları "Eleonora”nın təbəssümünə səbəb oldu. Qısqanclıq. Fəxrəddinlə salona daxil olanda Fəxrəddin astadan bildirdi:
-Heç nə olmayıb aramızda.O, buraya gətirdiyim hər qadına belə baxır.
-Çoxlarını gətirmisən?
-Dəqiq bilmirəm ki,-etiraf etdi.
Ətraf taxta materialların üstündəki gözəl naxışlarla dolu idi.
-Fərid!-Fəxrəddin çağırdı.
Heç kim gəlmədi. Fəxrəddin əl ağacını qaldırıb masaya vura-vura onun adını daha da bərkdən səsləndirdi. Yuxarıdan aşağıya sürətlə və təlaşlı enənn gənc oğlan udqunub ona yaxınlaşdı.
-Buyurun...
-Hansı cəhənnəmdə itmisən?!-qəzəbini söndürmək niyyətində deyildi hələ ki.
-Şey...
-Yaxşı, yaxşı. Qalsın sonraya. Hazırlaş. Tez özü də.
-Baş üstə,-deyib masanı boşaltmağa başladı.
Fəxrəddin "Eleonora”nın qolundan tutub bir kənara çəkdi.
-Bilirsən, mən Bakıya gəlib valideynlərimin qarşısına keçəndə onlardan istəyim oldu: Məni KİV-nə ölü kimi təqdim etsinlər. Nə bilim xəstəlik-qəza. Mən heç kimin gözünə görünməyəcəm. Ancaq gecələr öz işimdə olacam. Bacı-qardaşım mənim bu hərəkətimdən incidilər. Atamla anam isə mənim şərtimlə razılaşıb mənə hər ay maliyyə yardımı etməyə qərar verdilər. Atamın nüfuzuna yetərincə kölgə salmışdım deyə indi də mənim korluğumdan istifadə edənlər olacaq. Anlayırdım bunu. Mənə ev tutdular. Sürücünü tapıb dilini möhürlətdilər. Tez zamanda dost olduq. Gecələr az sayda insanın təşrif buyurduğu məkanlara ayaq basırdıq bir yerdə. Heç kim mənim kimliyimlə maraqlanmırdı deyə sevincimin həddi-hüdudu yox idi. 25 yaşıma qədər gecəni evdə keçirtdim. Sürücüm- Murad mənə kitab oxuyurdu, tez=tez informasiyalr paylaşırdı. Amma mən boğulmağa başlamışdım. İşlə məşğul olmalı idim. Amma necə? Bunu Murada deyəndə mənə heç nə bildirmədən evdən çıxdı. Axşam evə tək deyil, yanında peşəkarla birgə döndü. Taxta üzərində nişan vurma sənəti. Yaşı 50-ni ötüb keçmiş bu adamın sənətə vurğunluğunu danışığından anlamışdım. 2 il ərzində onun tələbəsi oldum. Mənə barmaqlarla görərək nişan vurmağı öyrətdi. Bu 2 il müddətində ağlıma gələn dahiyanə ideya ilə möhtəşəm gecələr keçirtməyə başladım. Əvvəllər kor olduğum üçün məndən imtina edirdilərsə, hətta 1 saatdan az vaxt şərtilə razılaşırdılarsa, mənim sehrimə tab gətirə bilmirdilər. Məni buraxmaq istəmirdilər. Buna görə lap dərindən-qabıqdan çıxırdılar. Gözlərimlə deyil, ruhumla görürdüm.
-Yetər,-deyə "Eleonora” səsini qaldırıb ondan aralanmağa çalışdı.
-Haraya?-yumor tonu ilə soruşub məmnuniyyətlə gülümsədi.
Fəxrəddinin əllərini belində hiss edən "Eleonora” sərtcə əlindən azad olub arxa-arxaya gedərək divara söykəndi.Fəxrəddin ehtiyatla irəliləyib əli ilə üzünə toxundu.
-Nə oldu birdən sənə?
-Heç nə.
-Nç. İnanmıram,-deyib dodaqlarına yumuldu.
Fəxrəddin taxtaya nişan vuruşundan sonra hər dəfə barmaqları ilə yoxlayırdı. Fərid yanında dayanaraq ara=sıra astaca nəsə deyirdi. "Eleonora” ona baxan gənc qıza heç əhəmiyyət vermirdi. Gözləri ancaq naxışda idi. Çəkici gah asta, gah bərk vururdu.
"Eleonora” gecəni bu emalatxanada yerə sərilmiş parça üzərində Fəxrəddinin qolları arasında keçirtdi. Özü haqqında həddən artıq yüksək rəyə sahib olan Fəxrəddin hər dəfəsində bunu təsdiqləyirdi...
Tarix: 29.04.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 448 Bölmə: Maraqli Hekayeler