Düşündürücü hekayələr → Doğurdanmı qadın kişi üçün ayaqqabıdır?
Bir dəfə bir qrup kişi müxtəlif məsələlər ətrafında qaynar müzakirələr aparırdı. Bu zaman hörmətli müdriklərdən biri də onlara yaxınlaşıb, birlikdə əyləşir.
Müzakirə iştirakçılardan biri söhbətli evlilikdən və ailə həyatından salır və deyir:
— Qadınlar ayaqqabıya bənzər. Kişi özünə uyğun ayaqqabı tapana qədər onları istədiyi qədər dəyişə bilər.
Hamı təəccüb içində bu sözləri söyləyən şəxsə baxdı. Sonra isə onlar üzlərini müdrik insana tutdular ki, onun bu mülahizə ilə bağlı fikirllərini öyrənsinlər.
— Bu, tam həqiqətdir! – qoca müdrik bəyazlaşmış saqqalına tumar çəkə-çəkə söylədi. Sonra isə əlavə etdi:
— Həqiqətən də qadın ayaqqabı kimidir, amma yalnız o kişilər üçün ki, onlar özünü “pəncə” hesab edirlər. Özünü “baş” hesab edən kişilər üçün – qadın bir taca bənzər!”
Tarix: 03.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqli Hekayeler