Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxtlik haqqında ballada

Bir dəfə yaşlı pişik balaca pişik balası ilə rastlaşdı. Pişik balası quyruğunu tutmağa cəhd edərək aramsız dövrə vururdu.

Yaşlı pişik dayandı və tamaşa etməyə başladı. Pişik balası isə hey quyruğunu tutmağa çalışır, arada bir yıxılır, sonra qalxaraq yenə quyruğunun dalınca qaçmağa başlayırdı.

— Sən niyə israrla quyruğunu tutmağa çaıışırsan? – yaşlı pişik soruşdu.

— Mənə dedilər ki, — balaca pişik cavab verdi — mənim quyruğum mənim xoşbəxtıiyimdir. Bax, ona görə də mən onu tutmağa çalışıram.

Yaşlı pişik gülümsəyərək — bu işi bircə yaşlı pişiklər edə bilər — dedi:

— Bir zamanlar mən də sənin kimi balaca olanda mənə dedilər ki, mənim xoşbəxtliyim də mənim quyrugumdadır. Mən də günlərcə quyruğumu tutmaq üçün qacdım, qaçdım amma tuta bilmədim. Yemədən, içmədən ancaq qaçdım. Yıxıldım, durdum, sonunda isə bu fikirdən vaz keçdim. Sadəcə, durmadan, ayaqlarım yorulub lap taqətdən düşənə kimi getdim. Bilirsənmi birdən nə hiss etdim?

— Nə hiss etdin? — deyə, pişik balası maraqla soruşdu.

Mən hiss etdim ki, hara getməyimdən asılı olmayaraq quyruğum da mənim arxamca gəlirdi...


Tarix: 03.12.2014 / 14:45 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Maraqli Hekayeler
loading...