Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH: Məni - Mənə xatir çağır.....

1-İnsan: Allahım, Səni nece görüm?
Allah: Gözlər məni görməz, Mən gözləri görərəm.

2-İnsan: Allahım, həyat nədir?
Allah: Həyat sənin Mənə olan bağlılığın, Məni özündə yaşatmağındır.

3-İnsan: Allahım, nur nədir?
... Allah: Nur Mənəm.

4-İnsan: Allahım, Sən haradasan?
Allah: Mənim məkanım yoxdur, Mən sənə şah damarından da yaxınam.

5-İnsan: Allahım, Səni necə tanıyaq?
Allah: Ətrafına nəzər sal, Mən hər yerdəyəm.

6-İnsan: Savab və günah nədir?
Allah: Savab səni Mənə yaxınlaşdıran, günah səni Məndən uzaq salan əməllərindir.

7-İnsan: Allahım, Sənin razılığını necə qazanaq?
Allah: Məni - Mənə xatir çağır, Mənə - mənə xatir ibadət et.

8-İnsan: Cənnət ve Cəhənnəm nədir?
Allah: Cənnət möminlərin həsrətində olan, Cəhənnəm isə günahkarların əməlləri ilə qazandıqları məkandır


Tarix: 04.12.2014 / 11:21 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar
loading...