Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Həsən Əsgəri (ə) (Hədislər)

İmam Həsən Əskəri (ə) buyurur:
"Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”

İmam Həsən Əskəri (ə) buyurur:
"Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”

İmam Həsən Əskəri (ə) buyurur:
"Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”

İmam Həsən Əskəri (ə) buyurur:
"Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”

İmam Həsən Əskəri (ə) buyurur:
"Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”

İmam Həsən Əskəri (ə) buyurur:
"Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”


Tarix: 04.12.2014 / 11:17 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı melumatlar
loading...