Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz qılmayan şəxsə şeytanın cavabı...

Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün insan qiyafəsində onun qarşısına çıxır və deyir:
- Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir.
Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaş uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir:
- Mən səninlə dostluq etmək istəmirəm!
Adam bunun səbəbini soruşduqda Şeytan dillənir:
- Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmişki.

P.S. Читай НАМАЗ, пока над тобой не прочитали НАМАЗ!!!


Tarix: 03.12.2014 / 17:00 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqlı melumatlar
loading...