Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc haqqında hədislər

Oruc haqqında hədislər
Allah-təala buyurub: "Oruc mənə görədir,mən özüm onun mükafatın verəcəyəm".

Məhəmməd Peyğəmbər(s) buyurub: "Oruc insani cəhənnəm odundan qoruyan qalxandır","Orucluq dözüm ayıdır,dözümün ,səbrin mükafatı isə cənnətdir","Oruc tutun,saglam olun".

Həzrət Əli buyurub:"Hər şeyin zəkatı vardır;bədənin zəkatı da orucdur","Ey Allah bəndələri təkəbbürdən namazla,orucla,zəkatla qorunmaq olar","Oruc tutmaqda böyük bir iradə imtahanı vardır".

Fatimeyi-Zəhra buyurub: "Allah orucu ixlasınızın sabitləşməsi və davam etməsi üçün qərar verdi".

İmam Muhəmməd Baqir Peyğəmbərdən belə nəql edir:"Ay camaat,orucluq ayı doğduqda şeytanlar zəncirə çəkilərlər.Cənnətin,göyün rəhmət qapıları açılar,cəhənnəm qapıları isə bağlanar.İftar vaxtı hər bir dua qəbul olunar".

İmam Cəfəri-Sadiq buyurub: "Oruc tutanın yuxusu ibadət və nəfəs çəkməsi isə şükr deməkdir"."Oruc tutan şadlıq və sevincə malikdir.Biri iftar vaxtı,digəri isə öz Allahına qovuşduğu vaxt".

İmam Rzadan -"İnsanlara oruc tutmaq nə üçün əmr olunub?-soruşduqda belə cavab verib:"Onlar acliq və susuzluğun dərdini bilsinlər və bununla axirət və qiyamət gününün susuzluğunu,aclığını düşünsünlər..."

İmam Həsən Əsgəri buyurub: "Allah oruc tutmağı ona görə vacib etmişdir ki,ehtiyacı olmayanlar aclığın nə olduğun bilsinlər və yoxsullara qarşı mehriban olsunlar."


Tarix: 03.12.2014 / 16:42 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar
loading...