Həsrətin Belə Gözəl...
Salam əsrlər əvvəli;
Salam əsrlər əvvəlindəki dinclik ilinin dincliyi;
Salam əsr-i səadətin səadəti;
Salam güllərin gülü;
Və Salam Ey Sevimli Rəsul...
Mən...
Mən hər hansı biri... Səni görə bilməyən hər hansı biri... Gördüyü hər gülü, hər gözəlliyi SƏN bilən və hər gün minlərlə dəfə
SƏNİ gördüyünü düşünən hər hansı biri...
Nə sözlərin, nə kagızların, nə qələmlərin, nə zamanın, nə də aglın səni izah etməyə çatmayacağını bilə-bilə SƏNİ izah etməyə qalxan hər hansı biri...
Və bu gün...
Əsr-i səadətdən, dinclik ilindən əsrlər sonra, narahat, səadətsiz və gülizara, gülə, nura, SƏNƏ həsrət keçən 1400 ildən hər hansı bir gün...
Süni, səmimiyyətsiz, bədbəxt hər hansı bir gün... Hər şey süni...
Çiçəklər belə, sevgi belə, insanlar belə... Və hər şey, hər yer, hər kəs
həsrətli, həsrət iy verir... Gözləyiş var... Gülə, dincliyə, səadətə, xoşbəxtliyə, SƏNƏ...
Hər kəs, hər sey gözləyir... Bax nə deyir şair:
"Yağış, səni gözləyən bir daş da mən olsaydım"
Biz SƏNİ gözləyən 14 əsrik... Biz SƏNiİ gözləyən milyonlarıq... Biz SƏNİ gözləyənlərik Yağış... Kimi qışqırar, kimi kiçik bir qışqırıq göndərər kimi susar, kimi aglar... Amma hər kəs gözləyər... Hər kəs gözləyir. ..Sussa da, qışqırsa da gözləyir...
Çatlamış torpaqların yağışı gözlədiyi kimi... Çatlamış ürəklər nuru
gözləyir... Küləyin önünə qapılmış nə qədər yarpaq, özünü axıntıya qapdırmış nə qədər qayıq qurtarıcısını gözləyir.
Əslində bu kagızda milyonların həsrəti var. Hamısı həsrətini səssiz bir
qışqırıqda göndərir sənə. ..Şükranları çatdıracaq bir Fatihə və salavat dəstəsiylə birlikdə...
Bir səssizlik hakim dünyaya... Maşınların və maşınlaşmış milyardlarla insanin mənasız səs-küylərinin səssizliyi... Fırtına əvvəli dənizin durgunlugu kimi... Sonsuz Rəhmət əvvəli səs-küy səssizliyi...
Milyonların -hər damlası agrıyla yogrulmuş olan- gözyaşlarını daha da çoxaltmaq üçün saxta saxta qurulayan səssizlik...
Dinclik, yaış, Gül, biz SƏNİ gözləyirik... Rəhmət və nur yüklü duanı gözləyirik. ..Duaların gəlsin ki dinsin gözyaşarı... Əsrlər əvvəli Məkkə və Mədinədə dayandığı kimi...
Mədinə gözçüləri necə sevinmişdi SƏNİN və Yoldaşlarının gəldiyini
görüncə... Biz də elə sevinəcəyik dualarının gəldiyini görüncə... RƏBBİMİZİN dincliyində şəffaf olan ürəyimizi əlimizə alıb gəzəcəyik əvvəl, elə çıxacagıq məhşərdə RƏBBİMİZİN və SƏNiN dincliyinə, duan və himayənin gəlincə...
Duanın rəhməti və nuruyla yüklü yagış damlaları çatlamış torpaqları yaşıllaşdırınca... RƏBBİM və SƏN bizdən razı olunca... Biz olmamız lazım oldugu kimi, insan kimi olunca... RƏBBIMİZƏ, SƏNƏ, əməklərinə, Quran-i Kərimə layiq olunca... Rəhmət və nur yüklü duan gəlincə... Duanla yüklü rəhmət buludları, yagış damlaları gəlincə...
Amma Rəhmət yaxındır deyilmi? Dualarının gəlməsi yaxındır deyilmi?..
Ürəklərin nur dolu yağış damlalarıyla yuyunması yaxındır deyilmi?
Səma buludlanmış! Rəhmətmi gəlir? ... Hər damla bir gülmü?
Ümidmi? Müjdə sayaqmı bunu? Xilas olduq sayaqmı? Həsrət, həsrət sonamı çatdı yoxsa?... Heç bitərmi belə həsrət? Dincliyə, səadətə gülə, SƏNƏ olan həsrət bitərmi?...
Heç bitməsin Rəbbim bu həsrət!... Bizi bu gözəl həsrətdən məhrum buraxma RƏBBİM!...
Tarix: 03.12.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar