Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞÜKÜRSÜZ GÜNÜMÜZ OLMASIN!!!

Qarlı, çovğunlu bir qış günündə evimizin qapısı döyüldü. Qapını açanda qarşımda nimdaş paltarlı, cırıq paltolu iki uşaq vardı. Evdə köhnə qəzet olub olmadığını soruşdular. İşim çox idi. Əvvəl yox demək istədim. Gözüm ayaqlarına sataşdı və susdum. İkisinin də ayağında köhnə ayaqqabı vardı və ayaqları islaqdı. “İçəri girin sizə isti kakao verim!” – dedim. Heç danışmırdılar. Xalçanın üstündə islaq ayaqlarının izi qalmışdı. Kakaonun yanında yağ, mürəbbə, çörək verdim. Onlar sobanın yanında çörəklərini yeyərkən mən də işlərimə davam etmək üçün mətbəxə getdim. Amma bir müddət sonra otaqdakı səssizlik diqqətimi cəlb etdi və başımı otağa doğru uzatdım. Kiçik qız əlindəki fincana baxırdı. Oğlan mənə dönüb, “xanım siz varlısınız?” – deyə soruşdu. “Varlıı? Yox!” - dedim. Qız əlindəki fincanı diqqətlə nəlbəkisinə yerləşdirdi və “sizin fincanlarınız nəlbəkilərinizlə dəstdir” – dedi. Səsindəki aclıq qarın aclığına bənzəmirdi. Sonra uşaqlar qəzetlərini alıb bayırdakı soyuğa çıxdılar. Heç çox sağ ol da demədilər. Amma buna ehtiyac yox idi. Çünki mənə çox şey öyrətdilər. Bişirdiyim yeməyin dadına baxdım. İsti və dadlı idi. Yaşamaq üçün evimiz, həyat yoldaşım, aylıq qazancımız var... Stulları sobanın qarşısından götürüb yerinə qoydum. Uşaqların palçıqlı izləri hələ də xalının üstündə idi. Silmədim. Silməyəcəyəm də. Çünki necə zəngin olduğumu unutmaqdan qorxuram...


Tarix: 03.12.2014 / 15:15 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqlı melumatlar
loading...