Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tanrı Və Körpə

Bir gün Tanrıdan soruşmuş:
- Tanrım, məni sabah dünyaya göndərəcəyini söylədilər, amma mən o qədər balacayam və o qədər gücsüzəm ki, orada necə yaşayacam?
- Bütün mələklərin arasından sənin üçün bir mələk seçdim. O səni gözləyəcək və qoruyacaq. Mələyin sənə hər gün mahnı oxuyacaq və gülümsəyəcək. Beləcə sən onun sevgisini hiss edəcək və xoşbəxt olacaqsan.
- Yaxşı… İnsanlar mənə bir şey dediklərində, dillərini bilmədən necə başa düşəcəm onları?
- Mələyin sənə eşidə biləcəyin ən gözəl, ən şirin sözləri söyləyəcək. Sənə danışmağı diqqətlə və sevgiylə öyrədəcək.
- Yaxşı Tanrım, bəs səninlə danışmaq istəsəm nə edəcəyəm?
- Mələyin sənə əllərini açaraq mənə dua etməyi də öyrədəcək.
- Dünyada pis adamlar olduğunu eşitmişəm, bəs məni kim qoruyacaq?
- Mələyin səni öz həyatı bahasına da olsa qoruyacaq.
- Amma mən səni bir daha görəməyəcəyim üçün çox üzüldüm.
- Mələyin sənə həmişə məndən bəhs edəcək, mənə gəlmənin yollarını sənə öyrədəcək.
Bu zaman cənnətdə bir səssizlik oldu və dünyanın səsləri cənnətə qədər gəlib çatdı. Körpə getmək üzərə olduğunu anladı və son bir sual daha verdi:
- Tanrım əgər indi getmək üzərəyəmsə rica edirəm mənə tez söylə, mənim mələyimin adı nadir?
- Mələyinin adının önəmi yoxdur övladım.

Sən onu ANA deyə çağıracaqsan...


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar
loading...