Namaz qılmaq istəyirəm, amma vaxtım yoxdur deyirsiniz? Namaz İslamın ən fundamental şərtlərindən və hər Müsəlmanın etməsi lazım olan ibadətdir. Namazı sevməliyik. Onu sevmək üçün əvvəl onu yaxşı tanımalıyıq. 5 vaxt Namaz üçün dəvət edilirik. Nə böyük bir şərəfdir namaza dəvət olunmaq. Namaz kimə nəsib olur? Əlhəmdülillah, Müsəlmanlar üçün bir dəvətdir Namaz. Əlbəttə ki, Namaz qılaraq Rəbbimizə c.c. olan təşəkkür borcumuzu ödəmək mümkün deyil, lakin Rəbbimiz c. c. əmr etdiyi, Namaz mövzusunu yerinə yetirərək, bütün pisliklərdən də təmizlənmiş oluruq. Nə gözəl dəstamaz alırırü gündə 5 vaxt. Həm içimiz, həm də bədənimiz təmizlənir. Bəli, namaza vərdiş etmədiyimizdən ilk başlarda Şeytan və Nəfs adama namaz qıldırmaq istəməz. Çünki, onların işi vəsvəsə vermək, xeyirli bir iş olduğu zaman adamı sıxmaq, insanın gözünü rəngləmək, qəflətdə qalmasını təmin etməkdir. Bir düşünək, bir gün 24 saat, işimiz var işləyirik. Səhər saat 9:00 iş başı, axşam saat 18.30 evə geri qayıt. Aradakı keçən zamanı bir ələ alaq. Bir insan özünü çox rahat hiss edə bilər. Bunu etməlidi də. Yaxşı, gələk indi digər müxtəlif bir hesaba, Rəhman və Rəhm olan ALLAH c. c. həzrətləri bizi yoxdan var etdi. Bizi yedirdi. bizi içirdi və bizi Müsəlmanlardan etdi. Görə bilməmiz, eşidə bilməmiz, yeriyib tuta bilməmiz üçün bizi möcüzəvi bir şəkildə yaratdı, bizlərə dəyər verdi, bizi sevdi. Bizi mələklərdən belə üstün etdi. Və bizlərdə Uca Yaradıcımıza nə qədər az və ya ağlımıza belə gəlmədən, ONUN adını bəzən elə söz arasında "ALLAH ALLAH" və ya "Bax sən ALLAHın işinə" kimi sözlərlə yalnız Rəbbimizin adını zikr etdik. Biz ONA nə qədər də çox az şükr edirik. Və biz həqiqətən də ALLAH c. c. həzrətlərini tanıyırıqmı? Yaxşı, necə olacaq, necə tanıya bilərəm və ONUN istədiyi kimi bir qul necə ola bilərik sualına da acizanə cavab olaraq; Əvvəlcə Rəhman və Rəhim olan ALLAH c. c. həzrətlərinin əmr və qadağanlarına uyğun gəlməmiz lazımdır. Ətrafımıza baxaraq və bu dünyanın aldadıcılığına aldanmadan etməyimiz lazımdır. 24 saatımızın yalnız 1 saatını da ALLAH c. c. ayırmaq çoxmu? Birdə belə düşünək: Sübh vaxtı: 4 dəqiqə Zöhr vaxtı: 10 dəqiqə Əsr vaxtı: 8 dəqiqə Şam vaxtı: 5 dəqiqə İşa vaxtı: 15 dəqiqə 4+10+8+5+15=42 Ən çox biz bunu biraz əvvəl də dediyimiz kimi cəmi 60 dəqiqə olaraq ələ aldıq, Təkrar düşünək, biz nə edirik? Bu axan qiymətli zamanımızı, geri gəlməyəcəyini bilə-bilə necə keçiririk? Əvvəlcə təmizlənərək, dəstəmaz aldıqdan sonra, ən əhəmiyyətli ibadətimiz olan NAMAZımızı etmək üzrə niyyətlənməliyik. Həyatımıza çox fərqli və bir o qədər də şirin olan Namaz ibadətimizdə davamlı olmağa cəhd göstərməliyik. Səy sərf etməliyik. Namaz ilk etaplarda insanı sıxa bilər. Çünki yuxarıda da ifadə etdiyimiz üzrə, vərdiş etmədiyimiz üçün 1 dəqiqə belə insana çox çətin gələ bilər. Həqiqətən də hər çətinliklə birlikdə bir asanlıq vardır. Daha sonra bu cümləni çox yaxşı anlayıb, tətbiq etməmiz lazımdır. Rəbbimiz c.c. "Siz bildikləriniz ilə əməl edin məndə sizə bilmədiklərinizi öyrədim" buyurur. Azanı neçə dəfə səmimiliklə dinlədik və ya oxunmadan əvvəlki etdiyimiz küfrlərə qısa müddətli olaraq ara verdik? Həqiqətən də Cənnət Əhli olan kəslər təmiz olan və yaxud pisliklərdən təmizlənərək təmizlənmiş kəslərdir. Hər mövzuda təmiz olsaq, baxın o zaman çətinlik kimi və ya ağlımıza gələn fərqli düşüncələrin namazda gəlməsinə də mane olmuş olarıq. Bir insan öldüyü vaxt, qəbirdə Münkər və Nəkir adlı iki mələk gəlib, ilk sual, dünyada ikən etdiyimiz və ya etmədiyimiz olan NAMAZdan soruşulacaq. Mələk soruşacaq: Dünyada ikən namazın var idimi? Adam: Mən xeyriyyəçi bir insandım, hər kəsə kömək edərdim. Mələk: Namaz var idimi? Adam: Zəkat vermişdim, sədəqədə vermişdim. Mələk: Namaz var idimi? Adam: Mən heç kimsəyə pislik etmədim, ürəyim təmiz idi hər kəsə kömək edərdim. Mələk: Namaz var idimi Namaz? Deyə soruşduğunda Adam: Xeyr, namaz yox idi dediyi vaxt… Mələk: ATIN BUNU CƏHƏNNƏMƏ dediyi vaxt halımız necə olar. Bir namazımız var, onu da yarım yamalak edirik. Dünyada ikən etdiyimiz xeyr işlərimizi və ibadətlərimizi bədənimizin sağ və sol ayağı olaraq düşünək, vermiş olduğumuz zəkat və sədəqələri də əl, qol olaraq düşünək, Amma Namaz yox, yəni bədənin başı yox, başsız bir vucüd bir işə yarayar mı? Dünyada əməl var hesab yox, Axirətdə hesab var əməl yox, Hz. Əli (r.anh.) Namazı sevməliyik. Namaz bizim qurtuluşumuzdur. Əgər namazlarımız tam olsa bütün işlərimizdə o şəkildə tam olacaq. Şeytan və Nəfsin işi, adamı doğru yoldan pis yola sürümək, yavaş- yavaş və hiyləgər bir şəkildə dinindən soyutmaq və ALLAH c.c. həzrətlərinin əmr etdiyi şeyləri etdirməmək olacaq. Bir oğru boş bir torpağa gedib, bir şeylər oğurlamaq üçün məşğul olarmı? Vaxt belə itirməz. Nəfs adama ağırlıq verər. Şeytanda da vəsvəsə verər.Gəlin bərdə Namaza Quran işığında baxaq İnşallah. Quranda Namaz: Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqərə surəsi 43) Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun! (Nur surəsi 56) Həmçinin:"Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (Ənam surəsi 72) Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən,namaz çirkin və pis əməllərdən çəkindirər. (Ənkəbut surəsi 45) Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən,yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihətdir. (Hud surəsi 114) Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur. (İsra surəsi 78) De:"İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur),çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun arasında orta bir yol tut! (İsra surəsi 110) Əhlinə namaz qılmağı əmr et, özün də ona səbrlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir! (Ta Ha surəsi 132) De:"Mənim namazım da, ibadətim də,həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi 162) Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur! (İbrahim surəsi 40) Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. (Hicr surəsi 59) Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar riyakarlıq edər. (Maun surəsi 4-6) Rəbbim c.c. bizə etməmiz lazım olan ibadətlərimizi sevdirsin: Bizə asan etsin, Nəfsimizin və Şeytanın vəsvəsələrindən də qorusun inşallah (Amin)
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 240 Bölmə: Maraqlı melumatlar