RƏSULULLAH Sallallahu əleyhi vəsəlləmin XÜSUSİYYƏTLƏRİ
Peyğəmbər evinə yaxınlaşır və içəri girmək üçün icazə alaraq qapısını döyürük. Qoy xəyal Peyğəmbər Sallallahu əleyhi vəsəlləmi görənlərlə birlikdə bizi yola götürsün... Bizə onu gözlərimizlə görürmüş kimi izah etsin... Beləcə onun çox şərəfli şəxsiyyəti və təbəssüm edən çöhrəsini tanıya bilək.
əl-Bəra b. Azıb Radıyallahu anh dedi ki: "Peyğəmbər Sallallahu əleyhi vəsəlləm insanlar arasında üzü də ən gözəl, əxlaqı da ən gözəl kimsə idi. Nə çox uzun idi, nə də qısa boylu idi."
Yenə o belə demişdir: "Peyğəmbər Sallallahu əleyhi vəsəlləm orta boylu idi. Çiyinlərinin arası geniş idi. Qulaqlarının yumşağına qədər çatan saçı vardı. Onu qırmızı bir paltar geyinmişkən gördüm. Ondan daha gözəl heç bir şey görmədim."
Əbu İshak es-Sübeyi dedi ki: Bir adam Bəra b. Azıba soruşdu: Rəsulullah Sallallahu əleyhi vəsəlləmin üzü qılınc kimi (parlaq) mı idi? O: Xeyr, onun üzü ay kimi idi, dedi."
Ənəs Radıyallahu anh dedi ki: "Mən Rəsulullah Sallallahu əleyhi vəsəlləmin əlindən daha yumşaq nə incə, nə də qalın bir ipəyə, nə də hər hansı bir şeyə toxunmuş deyiləm. Rəsulullah Sallallahu əleyhi vəsəlləmin qoxusundan daha xoş heç bir qoxu da iyləmiş deyiləm."
Peyğəmbər Sallallahu əleyhi vəsəlləmin xüsusiyyətlərindən biri də olduqca həya sahibi olması idi. Belə ki Əbu Səid əl-Hudri Radıyallahu anh onun haqqında belə deməkdədir: "Peyğəmbər Sallallahu əleyhi vəsəlləm, örtüklərə bürünmüş bakirə qızdan daha çox həya sahibi idi. Xoşuna gəlməyən bir şey gördüyü zaman, biz bunu onun üzündən anlardıq."
Rəsulullah Sallallahu əleyhi vəsəlləmin yaradılışı və əxlaqının xüsusiyyətinə dair olduqca köklü xüsusiyyətlərdir bunlar. Uca Allah onun həm əxlaqını, həm yaradılışını əskiksiz etmişdi. Anam atam fəda olsun ona.
RASULULLAH Sallallahu əleyhi vəsəlləmin DANIŞMASI:
Rəsulullah Sallallahu əleyhi vəsəlləmi və bəzi xüsusiyyətlərini gördükdən sonra... Onun danışmasını, sözlərini görək. Danışmasının xüsusiyyətləri nələrdir və necə danışardı? Peyğəmbər Sallallahu əleyhi vəsəlləm danışmazdan əvvəl (onu dinləmiş olanlara) qulaq asrdı... Aişə Radıyallahu anhə dedi ki: "Rəsulullah Sallallahu əleyhi vəsəlləm sizin bu etdiyiniz kimi sürətli-sürətli danışmazdı. O açıq-aydın, yanında oturanın dinləyib anlayacağı bir şəkildə danışardı."
Peyğəmbər Sallallahu əleyhi vəsəlləm yumşaq biri idi. Sözünün başa düşülməsini arzu edərdi. Ümmətinə həddindən artıq düşkünlüyündən ötəri insanlar arasındakı fərqlilikləri, anlayış və qavrayış mərtəbələrini nəzərə alardı... Bu vəziyyət onun son dərəcə həlim və səbirli olmasını tələb edir.
Aişə Radıyallahu anhə dedi ki: "Rəsulullah Sallallahu əleyhi vəsəlləmin sözü açıq-aydın idi. Onu dinləyən hər kəs onun sözünü anlar idi."
Rəsulullah Sallallahu əleyhi vəsəlləm aydın olsun deyə sözünü təkrarladığını düşünək də nə qədər yumşaq olduğunu anlamağa çalışaq...
Ənəs b. Malik Radıyallahu anh dedi ki: "Rəsulullah Sallallahu əleyhi vəsəlləm söylədiyi söz yaxşıca başa düşülsün deyə, söylədiklərini üç dəfə təkrar edərdi."
Peyğəmbər Sallallahu əleyhi vəsəlləm insanlarla xoş danışar , onların qorxularını təskinlik verərdi. Çünki bəziləri qorxuya düşə bilirdi.
İbn Məsud Radıyallahu anh dedi ki: Bir adam Peyğəmbər Sallallahu əleyhi vəsəlləmin yanına gəldi. Onunla danışdı, adam titrəməyə başladı. Peyğəmbər Sallallahu əleyhi vəsəlləm ona belə dedi:
"Yavaş ol, mən bir kral deyiləm. Mən qaxac ət yeyən bir qadının oğuluyam sadəcə."
Tarix: 27.11.2014 / 14:19 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar