Bu o gecədir ki, Əsma deyir ki, Həzrət Zəhra (s.ə) durdu ayağa. Gördüm ki, halı yaxşılayıb. Qüsl etdi, paltarını dəyişdi. Mən daha çox sevinirdim. Deyəsən Xanım (ə.s) özünü daha yaxşı hiss edir. Amma bu an bir söz dedi ki, bu söz dünyamı dağıtdı. O dedi: «Əsma, mən üzü qibləyə uzanıram, sən hərdən məni səslə. Elə ki, gördün cavab vermədim tez məscidə gedib Əlini (ə) çağır» Əsma deyir ki, mən dağın
ıq halda otağı tərk etdim. Bir azdan nigaran halda qapıya yaxınlaşıb Xanımımı (ə.s) çağırdım. Amma cavab gəlmədi. Yenə onu səslədim. Lakin cavab yox idi. Üçüncü dəfə səsləyəndə cavabsızlıq məni qorxuzdu. Üz tutdum məscidə.
Məscidin qapısında Əlini (ə) gördüm və ona «Başın sağ olsun» dedim. Mən bu sözü deyəndə Əli (ə) özündən getdi. Nəhayət başını yerdən qaldırıb «Mən kimə baş sağlığı verim Fatimə (s.ə)?» sözünü dedi. Bundan sonra Əli (ə) qalxdı qaçaraq evə gəldi. Mənzilə daxil olub Zəhranın (s.ə) başını dizi üstünə aldı və dedi: «Ya Fatimə (s.ə)» O Xanımdan (ə.s) səs gəlmədi. O bu çağırışdan sonra ağlayaraq belə fəryad etdi: «Ya Fatimə (s.ə), aç gözlərini, mənəm məzlum Əliyəm (ə), mənə bir söz de» Alimlərdən biri deyir ki, Zəhranın (s.ə) zərbədən əzilən gözü azca aralandı və o Əliyə (ə) tərəf baxıb «Əmioğlu, yaxşı vaxtda gəlmisən»-dedi-«Bu bizim ayrılıq məqamımızdır.» O bir-bir Əliyə (ə) vəsiyyətlərini etdi.
Bundan sonra o Əlidən (s.ə) bir və sonuncu sualı soruşmaq izni istədi. Əli (ə) göz yaşları içində razılığını verdikdən sonra o dedi: «Əli can (ə) de görək məndən razısan ya yox?» Bu söz Əliyə (ə) çox təsir etdi. Əli (ə) başını aşağı salıb «Zəhra can (s.ə) yeri var ki, bu sualı mən səndən soruşum? Əlbətdə səndən razıyam» Həzrət Zəhra (s.ə) dedi: «Onda mənə və mənim yetimlərimə ağla ya Əli (ə). Mən ölməmiş istəyirəm mənə ağlayasan.
Qorxuram məndən sonra bu qüssəni içində tutasan ki, bu da səni öldürsün.» Əli (ə) ağladı və o xanım (ə.s) da qamçı dəyən əlləri ilə Əlinin (ə) göz yaşlarını sildi. Və beləcə başı Əlinin (ə) dizləri üstündə «Əşhədu ən la ilahə illəllah (şəhadət verirəm Allahdan başqa Allah yoxdur), və əşhədu ənnə Əbi Rəsulillah (və şəhadət verirəm atam mənim peyğəmbərimdir), və əşhədu ənnəkə Əli vəsiyyən Rəsulillah (və şəhadət verirəm Əli (ə), sən Peyğəmbərin (s) vəsisi və davamçısısan)» Bu sözü dedi və zəhra (s.ə) başı Əlinin (ə) dizləri üstə dünyasını dəyişdi.Gecənin qaranlığı idi. Xanım Zəhra (s.ə) dünyadan köçdü. Heç kəs yox idi ki, Əlinin (ə) evinə gəlib ona baş sağlığı versin. Əli (ə) İmam Hüseyni (ə) göndərdi Salmanın evinə. Salman çox yaşlı idi və bu hadisələrdə Xanım Zəhranı (s.ə) müdafiə etdiyi üçün onu da küçədə döymüşdülər. O bu günlər evində xəstə yatırdı. Salman deyir ki, qapı döyüldü, açdım, gördüm Hüseyn (ə) dayanıb. Soruşdum bu gecə vaxtında niyə gəlmisən? Deyir mən bu sözü soruşanda Hüseyn (ə) əlini sinəsinə qoydu və «Əmi gəl gedək bizə, anam öldü, anam dünyadan getdi» dedi. Deyir mən tələsərək Əlinin (ə) evinə gəldim. Harada görünüb ki, cavan ana dünyasını dəyişsin, körpələri də onun qüsulu üçün su daşısınlar? Ana dünyadan köçəndə deyərlər uşaqları cənazədən uzaqlaşdırın. Deyir mən gördüm Əli (ə) Fatiməyə (s.ə) qüsul verməklə məşğuldur, Həsənlə (ə) Hüseyn (ə) də su daşıyırlar. Mən bilmədim Əlinin (ə) məzlumiyyətinə ağlayım, yoxsa Fatimənin (s.ə) müsibətinə?!
Əli (ə) uşaqlarına tapmışrmışdı ki, yavaş ağlayın ki, səsinizi eşidən olmasın. Deyir mən gördüm uşaqlar paltarlarının ətəyini ağızlarına qoymuşdular ki, ucadan ağlamasınlar. Əli (ə) tez-tez çıxıb uşaqlara yavaş ağlamağı tapşırırdı. Salman deyir ki, birdən Əlinin (ə) ucadan ağlamaq səsini eşitdim. Əsma Əliyə (ə) yaxınlaşıb Zəhranın (s.ə) müsibətinə ağladığını soruşduqda Əli (ə) dedi: «Yeri var idi ki, Zəhranın (s.ə) müsibətinə ağlayım. Amma mən onun bədənində bu göyərmiş yerləri görməmişdim.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar