Burada söhbət geyimin topuqdan aşağı olmasından gedir. Bəzilərinin geyimləri yerə sürtülür, digərlərinin isə arxaları ilə sürünür. «Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)» (əl-Əraf 26) Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunlar Paltarının ətəkləri yerlə süründürən (Başqa rəvayətdə: «İzarın topuqdan aşağı olan qismi atəşdədir», «Möminin paltarı baldırının yarısına qədərdir. Bundan topuğa qədər olsa da bunda bir eyb yoxdur. Lakin bundan daha aşağı olan hissə atəşdədir»), verdiyi şeyi başa qaxan və yalan andlarla malını satan kimsə» (Buxari, Müslim 106, Əbu Davud) Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlülük edərək paltarının ətəklərini yerlə sürükləyərsə Allah ona Qiyamət günü baxmaz». Əbu Bəkr: «Ya Rəsulullah! Mən əgər diqqət etməsəm izarım yerlə sürünür onda necə» deyə soruşdu. Peyğəmbər: «Sən bunu təkəbbürlənərək edənlərdən deyilsən» deyə buyurdu (Buxari 3665, Müslim 2084) Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm –buyurdu: «Geyimin topuqlardan aşağı keçən hissəsi Cəhənnəmdədir» (Buxari 5887) İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlülük edərək paltarının ətəklərini yerlə sürükləyərsə, köynəyinin qollarını və (başında olan) çalmanı uzadarsa Allah ona Qiyamət günü baxmaz» (Əbu Davud 4094,8/208) Rəsulullah – səllallahu aleyhi və səlləm – Əbu Curey Cabir b. Suleym – radıyallahu anhu – ya nəsihət edərək buyurdu: «Geyimin ətəklərini diz qapaqlarının yarısına qədər qaldır. Əgər belə etmək istəməsən topuqlarına qədər qaldır. Nə badə bundan aşağı salasan. Çünki bu təkəbbürlülük əlamətidir. Allah da təkəbbürlülüyü sevməz» (Əbu Davud 4084, Tirmizi 2722) Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər ətəyi yerdə süründüyü halda namaz qıldı. Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Get dəstəmaz al». Adam gedib dəstəmaz alıb qayıtdı. Peyğəmbər : «Təkrar get dəstəmaz al» deyə buyurdu. Adamlardan biri: «Ya Rəsulullah! Nəyə görə ona dəstəmaz almasını əmr etdin və səbəbini də demədiniz» deyə soruşdu. Peyğəmbər: «O, kişi ətəklərini yerlə süründürərək namaz qıldı. Allah ətəklərini yerlə süründürən kimsənin namazını qəbul etməz» (Əbu Davud 4086. əl-Albani zəif hədis) İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – səllallahu aleyhi və səlləm – in yanına gəldim. İzarım bir az aşağı enmişdir. Peyğəmbər : «Ey Abdullah! Geyimini yuxarı çək!» deyə buyurdu. Mən də çəkdim. Sonra: «Bir az da çək» deyə buyurdu. Mən bir az da çəkdim. Mən də izarımın uzunluğuna diqqət etdim. Cəmaatdan biri: «(Geyimini) haraya qədər qaldırım» dedim. (Müslim 2086). İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlüklə paltarını yerlə sürükləyərsə Allah Qiyamət günü onlara nəzər salmaz». Ummi Sələmə – radıyallahu anhu – dedi: «Qadınlar ətəklərini nə şəkildə edəcəklər». Peyğəmbər: «Onlar ətəklərini bir qarış uzadırlar» deyə buyurdu.Ummi Sələmə: «O, zaman qadınların ayaqları açılır» dedi. Peyğəmbər: «bir qarış da uzadın, artıq yox» deyə buyurdu. ( Əbu Davud 4119) «Ey qövmümüz! Allahın dəvətçisinə icabət edin» (əl-Əhqaf 31) Allahın və Rəsulunu sevən müsəlman qardaşım! Bu sözün sahibi olan Peyğəmbər – səllallahu aleyhi və səlləm – ə müxalif olmaqdan çəkin: «Kim mənim sünnətdən üz çevirərsə məndən deyildir» (Buxari, Müslim) Paltarını uzatdığın zaman kafirlərə bənzəmiş olursan ki, bu da Peyğəmbər – səllallahu aleyhi və səlləm – in bu sözünə bənzəmiş olsan: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır» (Səhih Əbu Davud) Ey Allahın qulu sənə bu hədisi də xatırlatmaq istəyirəm! Əşaş b. Suleym xalasından rəvayət edir ki, əmim belə dedi: «Mədinədə gedərkən arxamdan bir insan: «İzarını yuxarı qaldır, belə təqvaya daha yaxındır» deyə buyurdu. Bir də gördüm ki, (sözləri söyləyən) Peyğəmbər – səllallahu aleyhi və səlləm – dir. Mən: «Ya Rəsulullah! Bu uzun bir əbadır» dedim. Peyğəmbər: «Mən sənin üçün gözəl bir nümunə deyiləmmi» deyə buyurdu. İzarına baxdım dizi ilə topuqları arasında idi». (Səhih Şəmailu Tirmizi»). Ey geyimini uzadan, yerlə sürükləyən müsəlman! Peyğəmbər – səllallahu aleyhi və səlləm – sənə belə dediyi zaman nə edəcəksən? Mən sənin üçün gözəl bir nümunə deyildimmi? Daima axirəti düşün və keçici fitnələr diyarı olan dünya həyatına aldanma. Çünki dünya keçici , axirət isə əbədidir
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 226 Bölmə: Maraqlı melumatlar