Vəhhabilərin, müxalifləri ilə etdiyi mübarizə yollarından biri də əhli-sünnətin hədis, təfsir və tarix kitablarının öz mənafeləri yönümündə dәyişdirilməsidir. Onlar öz əqidələri ilə bir araya sığmayan hədis və sözləri dəyişdirir, daha sonra çapxanalara kitabın təhrif olunmuş formasını nəşr olunmasını sifariş edirlər. Elə bu səbəbdən bəzən görürük ki, bir müəllif qaynağını da qeyd etmək şərtilə hər hansı bir hədisə əsaslanır. Yeni çaplara müraciət etdikdə hədisdən heç bir əsər-əlamət gözə çarpmır. Lakin qədimi çaplara baxdıqda aydın olur ki, bu hədis sonrakı nəşrlərdə ixtisara salınmışdır. Xüsusilə, vəhhabilərin nəşriyyatlarla sıx əlaqə yaratması, təhrif edilmiş kitabların ucuz qiymәtlәrlә satışı, yaxud daha çox insan kütləsinin əlinə çаtsın deyə, pulsuz paylanması kimi işlərdə müttəfiqliyi müddəamızı inkaredilməz edir.
Bu barədə Mәhəmməd Nuri Deyrsəvi belə deyir: “Hədisləri təhrif etmək və ya ixtisara salmaq vəhhabilər üçün adət halına çevrilmiş daimi işlərdəndir; nümunə olaraq, Nöman Alusinin atası Məhmud Alusinin Kоvnul-Məani adlı təfsirini göstərmək olar. O, vəhhabilәrin әqidәsinә zidd оlаn bütün mətləbləri ixtisara saldı. Bu təhrif aparılmasaydı, onun təfsiri nümunələri təfsir sayılacaqdı.”
Digər bir nümunə isə İbn Qüdamə Hənbəlinin “Muqni” əsərindən öz nəzərlərində şirk sayıldığına görə “istiğasə” (övliyalara sığınmaq) bəhsini silərək çapa vermələridir. Səhihi-Müslimin şərhini isə, Allahın atributlarına dəlalət edən hədisləri çıxartmaqla, yenidən çap etdilər.
Çox təəssüf ki, ənənəvi hala çevrilmiş bu tip işlər vəhhabilər arasında geniş yayılmışdır; хüsusilə, Әhli-beytin (ə) şanlı ömür yolunu və fəzilətlərini, eləcə də xəlifələrin və ya səhabələrdən birinin düçar olduğu xəta və büdrəməni özündə əks etdirən real tarix və hədislər bu çirkin siyasətin bir nömrəli qurbanlarıdır.
Digәr bir nümunəyə nəzər salaq: Təbəri “Cameul-bəyan” adlı təfsirində«Şüәrа» surәsinin 214-cü ayəsini şərh edərkən, Peyğəmbərin ilk dəvəti zamanı bu sözləri söyləməsini nəql edir: “Sizlərdən hansı biriniz bu işdə (peyğəmbərlik vəzifəsində) mənə vəzir və yardımçı olmağa hazırdır? Belə bir şəxs mənim qardaşım və... sayılır. Bu vəzifəni Həzrət Əli (ə) qəbul etdikdən sonra Peyğəmbər (s) Əliyə (ə) xitabən buyurdu: “Sən mənim qardaşım və... sayılırsan. Mötəbər tarix kitablarından sayılan Tarixi Təbəriyə müraciət etməklə düşünürük ki, təkrarlanmış nöqtәlərin yerinə (ya ərəbcədə “kəza”ların yerinə) “vəsiyyi və xəlifəti” yəni, “mənim vəsim və canişinimsən” sözləri olmuşdur ki, təhrifə uzanan əllər vasitəsilə götürülmüş və əvəzində heç də aydın olmayan (nöqtәlәr) sözlər işlədilmişdir. Əlbəttə оnlаr bu kimi yаrаmаz işlәri bu növ hədislərin onların düşüncə tərzi ilə uyğun gәlmәsi sәbәbilә hәyаtа kеçirirlәr.
Bəzi hallarda isə xəlifələrin büdrəmələrini və yaxud Əhli-beytin (ə) fəzilətlərini bir neçə nöqtə ilə əvəz edir. Artıq, oxucu bu nöqtələrin həssas, həlledici və tarixin taleyini əvəz еdә biləcək mətləblərin qarşılığında qoyulduğundan xəbərdar deyil.
Bəzən də hədisin öz inancları ilə uzlaşmayan hissələrini ixtisara salırlar. Necə ki, vaxtilə Buxari də bir çox yerlərdə həmin metoddan istifadə etmişdir. Məşhurluğuna görə toxuna bilmədiklərini isə, əldə heç bir sənəd-sübut olmadan etibarsız və yetərsiz olduğunu isbat etməyə çalışırlar. İbn Teymiyyə Qədir-Хum, Vilayət və digər hədislərlə dә məhz bu cür davranmışdır. Bir sıra yerlərdə isə hədisin tamam başqa bir məna ifadə etməsi üçün sözləri dəyişdirirdi. Nümunəsi isə “Leylətul-məbit” hadisəsində «Bаtә әlа firаşihi» (öz yerində gecələdi) cümləsinin yerinə, «Balə әlа finаşihi»yəni, (yerinə islatdı) sözünün gətirilməsidir.
Bəzi kitablarda hədisin göstərilmiş qaynağına müraciət edərək, o hədisin orada tapılmaması, vəhhabilərin azaltma yolu ilə təhrif etmələrini bir daha göstərir!
Burada “Əman” hədisini sözümüzə nümunə gətirmək olar. Peyğəmbərdən (s) nəql edilmiş bu hədisin məzmunu belədir:
“Ulduzlar yer əhalisinin təhlükəsizliyini təmin etdiyi kimi, mənim əhli-beytim də ümmətimin ayrıseçkilik və ixtilaflar qarşısında təhlükəsizliyini təmin edir”.
Bu rəvayəti bəzi qaynaqların Əhməd ibn Hənbəlin müsnədindən nəql etməsinə baxmayaraq, hazırda bu hədis o kitabda mövcud deyil.
Eləcə də Peyğəmbərin (s) “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.” məzmunlu buyurduğu hədisi İbn Əsir Cameul-usul kitabında, Süyuti Tarixul-xüləfada və İbn Həcər Әs-səvaiqul-mühriqə əsərində Səhihi-Tirmizidən nəql edirlərsə də, hazırda Müslimin səhihində bu rəvayətlərdən əsər-əlamət görünmür.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar