AİLƏ DAXİLİ HÜQUQ
Bu mövzumuzda, ailə daxilində ortaya çıxan aktual problemlər haqqında elm əhlinin görüşlərini təqdim etmək istəyirik.
Toxunmaq istədiyimiz ilk məsələ, ailə qurmuş qadının öz valideynləri və həyat yoldaşı arasında tərəddüdə qalmasıdır. Bəzən valideynlərin öz istəkləri, həyat yoldaşının isə öz istəkləri olur. Qadın bunlardan hansına uymalıdır? Bunlardan hansı, qadın üzərində daha çox haqqa sahibdir?
Hənbəli alimlərindən Əhməd İbn Teymiyyə (661-728 h/1263-1328 m) bu haqda belə deyir:
في امرأةٍ تزوَّجتْ وخرَجتْ عن حكْمِ والديْها ، فأيُّهما أفضلُ : برُّها لوالديْها ؟ أم مطاوعةُ زوجها ؟
الجواب: الحمد لله رب العالمين ، المرأة إذا تزوجَّت كان زوجُها أمْلَكُ بها مِن أبويْها ، وطاعةُ زوجِها عليها أوْجبُ
والأحاديثُ في ذلك كثيرةٌ ، عن النبي صلى الله عليه وسلم . وقال زيدُ بن ثابتٍ : الزوجُ سيدٌ في كتاب الله ، وقرَأ قولَه تعالى: {وَأَلْفَيَا سَيِّدَهَا لَدَى الْبَابِ} . وقال عمرُ بن الخطاب : النكاح رِقٌّ ، فلْينظُرْ أحدُكم عند مَن يُرِقُّ كريمتَه
وفي الترمذي وغيره عن النبي - صلى الله عليه وسلم - أنه قال: اسْتَوْصُوا بِالنِّسَاءِ خَيْرًا فَإِنَّمَا هُنَّ عِنْدَكُمْ عَوَانٌ
فالمرأة عند زوجِها تشبِه الرقيقَ والأسيرَ ، فليس لها أن تخرُجَ مِن منزله إلا بإذْنِه سواءٌ أمَرَها أبوها أو أمُّها أو غيرُ أبويها باتفاقِ الأئمة
“Ailə qurub, valideynlərininhökmü altından çıxmış qadın haqqında sual: Belə bir qadın üçün valideynlərinə yaxşılıqla məşğul olmasımı, yoxsa öz həyat yoldaşına itaətlə məşğul olmasımı daha fəzilətlidir?
Cavab: Həmd aləmlərin Rəbbi olan Allahadır. Qadın ailə qurduğu zaman həyat yoldaşı ona valideynlərindən daha çox sahibdir və həyat yoldaşına itaət onun üçün daha vacibdir. (Bəzi hədisləri zikr etdikdən sonra davamən deyir).
Bu barədə Nəbidən – sallallahu aleyhi və səlləm - hədislər çoxdur. Zeyd bin Sabit belə demişdir: “Kişi, Allahın kitabına əsasən ağadır. Və sözünü əsaslandırmaq üçün bu ayəni oxudu: “O ikisi qadının ağasıyla qapıda qarşılaşdılar”.(Yusuf: 12/25)
Ömər bin Əl Xattab belə demişdir: “Nigah (qadın üçün) köləlikdir. Elə isə, hər kəs qızını kimə kölə etdiyinə baxsın!”
Tirmizi və başqalarının Nəbidən – sallallahu aleyhi və səlləm - rəvayət etdiyi hədisdə buyurulur: “Qadınlara qarşı diqqətli davranın. Çünki, onlar sizin yanınızda əsirdirlər”.
Qadın həyat yoldaşının yanında əsirə bənzəyir. Həyat yoldaşının izni olmadan evindən çıxa bilməz. İstər bunu ona atası, istər anası, istərsədə başqa biri əmr etsin eynidir. Bu alimlərin ittifaqıyla belədir.”
Qaynaq: Əhməd bin Teymiyyə: Əl Fətəval Kubra: 3/145-147
Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987
***
Məşhur Hənbəli fəqihi Muvəffaquddin İbn Qudəmə (541-620 h/1146-1223 m) qadının tərəddüdlü hallarda davranışı və həyat yoldaşının izni olmadan evdən çıxması haqda deyir:
وللزوْج منعُها مِن الخروج مِن منزِله إلى ما لها منه بدٌّ ، سواءٌ أرادتْ زيارةَ والديها ، أو عِيادتهما ، أو حُضورَ جنازةِ أحدِهما
قال أحمدُ ، في امرأةٍ لها زوجٌ وأمٌ مريضةٌ : طاعةُ زوْجِها أوجبُ عليها مِن أمِّها ، إلا أن يأذَنَ لها . وقد روَى ابن بَطة ، في "أحكام النساء" ، عن أنس ، « أنَّ رجلاً سَافَر ومنَع زوْجته مِن الخروج ، فمرِض أبوها ، فاستأذَنتْ رسولَ الله - صلى الله عليه وسلم - في عِيادة أبيها ، فقال لها رسول الله - صلى الله عليه وسلم - اتقي اللهَ ، ولا تُخالِفي زوجَك . فماتَ أبوها ، فاستأذَنتْ رسولَ الله - صلى الله عليه وسلم - في حضورِ جنازته ، فقال لها : اتقي اللهَ ، ولا تُخالفي زوجَك . فأوْحى اللهُ إلى النبيٍّ - صلى الله عليه وسلم - إني قد غفَرتُ لها بطاعة ِزوجها » . ولأنَّ طاعةَ الزوج واجبةٌ ، والعيادةُ غيرُ واجبةٍ ، فلا يجوز تركُ الواجب لما ليس بواجبٍ ؛ ولا يجوز لها الخروج إلا بإذنه ، ولكن لا ينبغي للزوج منْعُها مِن عيادة والديْها ، وزيارتِهما ؛ لأنَّ في ذلك قَطِيعةً لهما، وحمْلاً لزوْجته على مخالفتِه ، وقد أمَر اللهُ تعالى بالمعاشرةِ بالمعروف ، وليس هذا مِن المعاشرة بالمعروف
وإن كانتْ زوجتُه ذميةً ، فله منعها مِن الخروج إلى الكنِيسة ؛ لأنَّ ذلك ليس بطاعةٍ ، ولا نفْعٍ
وإن كانت مسلمةً ، فقال القاضي : له منعُها مِن الخروج إلى المساجد . وهو مذهب الشافعي . وظاهر الحديث يمنَعه مِن منعها ؛ لقول النبي - صلى الله عليه وسلم - : « لا تمْنَعوا إماءَ الله مساجدَ الله » . وروي أنَّ الزبيْر تزوَّج عاتِكةَ بنتَ زيدِ بن عمرِو بن نُفَيلٍ ، فكانت تخرُج إلى المساجد ، وكان غَيُوراً ، فيقول لها : لو صلَّيتَ في بيتك . فتقول : لا أزال أخرُج أو تمنَعني . فكرِه منْعَها لهذا الخبر
“Həyat yoldaşının qaçınılmaz olmayan şeylər üçün qadına evdən çıxmağı qadağan etmə haqqı var. İstər qadın valideynlərini ziyarət etmək istəsin, istər xəstə olduqları zaman ziyarətlərinə getmək istəsin, istərsədə onlardan birinin cənazə mərasiminə qatılmaq istəsin.
Əhməd, ailəli olub, anası xəstə olan bir qadın haqqında belə demişdir: “Həyat yoldaşına itaət etməsi, anasından (xidmət və ya itaətindən) daha vacibdir. Ancaq həyat yoldaşı icazə verərsə bu başqa”.
İbn Batta “Əhkəmun Nisə” adlı kitabında Ənəsdən belə bir hədis rəvayət etmişdir: “Bir adam səfərə çıxmış və gedərkən zövcəsinə evdən çıxmağı qadağan etmişdi. Qadının atası xəstələndi. Qadın Rəsulullahdan – sallallahu aleyhi və səlləm – icazə istədi. Rəsulullah ona belə dedi: “Allahdan qorx! Həyat yoldaşına müxalif davranma!”. Qadının atası vəfat etdi. Qadın cənazə mərasiminə qatılmaq üçün izin istədi. Rəsulullah ona belə dedi: “Allahdan qorx! Həyat yoldaşına müxalif davranma!”. Uca Allah Nəbiyə – sallallahu aleyhi və səlləm – belə vəhy etdi: “Həyat yoldaşına olan bu itaəti səbəbilə mən o qadını bağışladım!”.
Çünki, qadının öz həyat yoldaşına itaət etməsi vacibdir. Xəstə ziyarəti isə vacib deyil. Vacib olmayan şey üçün vacibin tərki isə caiz deyildir. Qadının öz həyat yoldaşının icazəsi olmadan evdən çıxması caiz deyildir.
Ancaq, həyat yoldaşının da qadına öz valideynlərininyanına xəstə ziyarəti və ya sıradan ziyarət üçün getməyi qadağan etməməsi lazımdır. Çünki, bu əməl qohumluq əlaqələrini kəsmək, qadını öz valideynlərinə müxalifətə sövq etməkdir. Halbuki Allah gözəl davranmağı əmr etmişdir. Bu davranış isə gözəl sayıla bilməz.
Əgər qadın zimmi olarsa, həyat yoldaşı onun kilsəyə getməsini əngəlləmə haqqına sahibdir. Çünki bu, itaət deyildir və heç bir faydası yoxdur.
Əgər qadın müsəlman olarsa, Qadi belə demişdir: Həyat yoldaşı onu məscidə getməkdən mən edə bilər. İmam Şafinin də görüşü budur.
Hədisin zahiri isə belə bir haqqın olmadığını göstərir: “Allahın qadın qullarının Allahın məscidlərinə getmələrinə mane olmayın.”
Rəvayət olunduğuna görə Zubeyr, Atika bint Zeyd bin Amr bin Nufeyllə evlənmişdir. Qadın məscidə gedərdi. Zubeyr qısqanc biri idi və qadına belə dedi: Kaş namazını evində qılasan. Qadın isə belə cavab verdi: Mənə bunu qadağan etmədiyin müddətcə məscidə gedərəm. Zubeyr bu hədisə görə zövcəsinə məscidə getməyi qadağan etməyi xoş görməmişdir.”
Qaynaq: İbn Qudamə: Əl Muğni: 10/224
Riyad: Daru Aləmil Kutub: 1417/1997
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 183 Bölmə: Maraqlı melumatlar