Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəriət Suallarına Cavablar 1

Namazdan əvəl Azan və İqamə mütlq deyilməlidirmi?

Kişi və qadının gündəlik vacib namazlardan qabaq azan və iqamə deməsi müstəhəbbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə məşru (şəri qanun) deyildir. Amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə «Əssəlat» demək müstəhəbbdir.

Uşağın dünyaya gəldiyi birinci gün yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azan və sol qulağına iqamə demək müstəhəbbdir.

Azan 18 cümlədir:
Dörd dəfə: Əllahu əkbər
İki dəfə: Əşhədu ən la ilahə illəllah
İki dəfə: Əşhədu ənnə Muhəmmədən rəsulullah
İki dəfə: Həyyə ələssəlah
İki dəfə: Həyyə ələl-fəlah
İki dəfə: Həyyə əla xəyril-əməl
İki dəfə: Əllahu əkbər
İki dəfə: La ilahə illəllah

İqamə isə 17 (on yeddi) cümlədir, yəni əvvəldə iki dəfə «Əllahu əkbər» deyilir, «La ilahə illəllah» azanın sonundan bir dəfə azaldılır, «Həyyə əla xəyril-əməl» dedikdən sonra isə iki dəfə «Qəd qamətissəlah» əlavə edilir.

«Əşhədu ənnə Əliyyən vəliyyullah» azan və iqamənin hissəsi deyildir. Amma «Əşhədu ənnə Muhəmmədən Rə-sulullah»-dan sonra, qəsdi-qürbətlə deyilməsi yaxşıdır.

Ayın əvvəli necə sübut olunur?

Ayın əvvəli dörd şeylə sübut olunur:

1. İnsan özü Ayı görsün.

2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə;

3. İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.

4. Şəban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.

Xums nə vaxt vacibdir?

Yeddi şeydə xums vacib olur:

1. Qazanc.
2. Mədən.
3. Xəzinə.
4. Harama qarışmış halal mal.
5. Dənizə baş vurmaqla əldə olan cəvahirat.
6. Müharibə qəniməti.
7. Məşhura əsasən, zimmi kafirin müsəlmanlardan satın aldığı yer; bunlarla bağlı olan hökmlər qarşıda genişcə açıqlanacaqdır.


Satıcı və alıcının şərtləri hansılardır?

Satıcı və alıcı üçün altı şey şərtdir:
1. Həddi-büluğa yetmiş olmalıdırlar.
2. Ağıllı olmalıdırlar.
3. Səfeh olmamalıdırlar; yəni öz mallarını boş işlərə xərcləməməlidirlər.
4. Alış-veriş qəsdləri olmalıdır. Buna görə əgər satıcı zarafatla «öz malımı satdım» – deyirsə, müamilə batildir.
5. Bir şəxs onları məcbur etməməlidir.
6. Satdıqları və əvəzində verdikləri mala malik olmalıdırlar.


Heyvanların başının kəsmək üçün hər hansı bir qayda varmı?

Heyvan kəsməyin üsulu belədir. Onun dörd böyük damarını tamam kəsməlidirlər: 1- nəfəs borusu, 2- udlaq (yemək borusu) 3-4- hülqum və udlağın yan tərəflərində olan iki yoğun damar. Əgər onları yarsalar və ya təkcə hulqumu kəsərlərsə, vacib ehtiyata görə kifayət deyil. Bu dörd damarın kəsilməsi, boğazdakı hulqum ilə udlağın ayrıldığı çıxıntının altından kəsilməsə, düz olmaz.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar
loading...