Bəhlulun ömür səhifəsini vərəqləyərkən hər səhifəsində bir ibrət, bir hikmət görürsən
Yetər ki, ibrət götürən olsun. Yenə də acılı-şirinli zindan xatirələrindən birini Bəhlulun öz dilindən eşidək: Əfqanıstanda məni ilk dəfə həbsxanada tək nəfərlik kameraya salanda qaldığım yer taxtabiti ilə dolu idi. Balaca, qırmızı rəngə çalan bu həşərat canımı boğazıma yığmışdı. Sancdığı yer qızarıb qabar atır, bir saat acışma verib şiddətli qaşınmağa başlayırdı. Bu cücünün olduqca pis qoxusu olurdu. Xüsusilə də gecələr hücuma keçir, səhərə qədər mənə divan tuturdular.
Düz üç gecə bu həşəratların əlindən yata bilmədim. Üçüncü gün səhərə yaxın Allahla münacat edib məni bu bəladan qurtarmasını istədim. Ağlayıb deyirdim: İlahi! Mən din yolunda hər cür məşəqqətlərə qatlaşmağa razıyam. Amma bilim ki, bu zəhmətlərimin dinə bir faydası olacaq. Əgər bu həşəratların məni sancmasının dinə bir xeyri varsa, mən heç bir söz demirəm, səbr edərəm. Amma bu ağrı-acılara dözməyimin dinə heç bir faydası olmadığı üçün, Səni and verirəm Həzrət Məhəmməd (s) və onun pak ailəsinin izzətinə bu bəlanı öz bəndənin üstündən götür! ..Bu cür münacat edib Allahla dərdləşirdim. Məni nə vaxt yuxu apardığını bilmirəm..
Ayılanda gördüm gün qalxıb. Qəribə də olsa bədənimin heç bir yerində nə qaşınma hiss etdim, nə də bir qızartı gördüm. Gözlərimi ovuşdurub tam ayılanda bir də gördüm–İlahi!... Bu nədir? –Hücrəni başdan-başa balaca qarışqalar başına götürüb; o qədər qarışqa dolub ki, otağın ağ divarları qarışqa əlindən qara görsənir. Elə bil divarları qara örtüklə örtmüşdülər. Qarışqalar nə ki taxtabiti var, hamısını tutub öldürürdülər. Hətta yarıqların dibində, həsirlərin, stol-stulun arasında olan taxtabiti yumurtalarını tapıb məhv edirdilər. Küncdə-bucaqda elə bir yer yox idi ki, qarışqalar oranı zəbt etməmiş olsunlar. Günorta çağı artıq nə taxtabitidən xəbər var idi, nə də qarışqadan. Sanki hər yer dizinfeksiya olunub təmizlənmişdi. (Seyyid Abbas Musəvi Mütləq, “Ucubeyi-əsr”, səh.82, 83)
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Maraqlı melumatlar