Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Az Yeməyin Bədən Və Ruha 10 Müsbət Təsiri

Az yeməyin və ac qalmağın bir çox
faydaları vardır ki, onlara işarə edək: 1. Ruh və cismin sağlam qalması. İmam Sadiq (ə) buyurur: “Az yemək -
bütün dünya insanları yanında
bəyənilən sifətlərdəndir, zahir və
batinin faydasınadır”. İnsan qəlbi üçün çox yeməkdən
təhlükəli bir şey yoxdur. Çox yemək iki
şeyi irs qoyar: a) Qəlb qəsavətini. b) Gizli şəhvəti təhrik etməyi.
Çox yeməmək - qəlb və ruh üçün ən
gözəl dərmandır. İmam Sadiq (ə)
buyurur: “Hər dərd və xəstəlik çox
yeməkdən və həzmsizlikdən hasil olur,
hərarətdən başqa”. İmam Kazım (ə) buyurur: “Əgər insan
yeyən zaman mötədil olarsa, bədəni
sağlam qalar”. İmam Əli (ə) buyurur: “Aclıq və xəstəlik
bir yerə sığışmaz”. “Çox yemək adətindən çəkinin. Bu iş
xəstəliklərin və dərdlərin mənbəyidir”. “Az yemək - nəfsi əziz və sağlamlığı
davamlı edər”.
2. Pak düşüncə.
İmam Əli (ə) buyurur: “Hər kim yeyən
zaman ölçüsü olarsa, sağlamlığı artar və
düşüncəsi sağlam qalar”. İmam Səccad (ə) buyurur: “Hər kim
Allahı düşünər, Ondan qorxar, Onun
üçün iş görərsə, gərək özünü aclıqla
təmrin etsin”. 3. Yeməkdən ləzzət almaq.
İmam Hadi (ə) buyurur: “Gecə oyaq
qalmaq - yuxunu şirin və aclıq - yeməyi
ləzzətli edər”. 4. Allah yanında ən sevimli əməl.
Həzrət Peyğəmbər (s) buyurur:
“Nəfsinizlə cihad edin, aclıq və
susuzluğunuzla. Əcri o kəsin əcri kimidir
ki, Allah yolunda cihad edər. Allah
yanında aclıq və susuzluqdan daha sevimli əməl yoxdur”. 5. Hesabı asan edər.
İmam Əli (ə) buyurur: “Hər kim yeməyi
az olarsa (yəni az yeyərsə), az hesab
verər”. Peyğəmbər (s) buyurur:“Xoş
olsun o insanın halına ki, yemək
yeməsin və aclıq çəksin. Çünki onlar qiyamət günü tox olarlar”. 6. İlahi Övliyaların zümrəsinə daxil olar.
Həzrət Peyğəmbərdən (s) souşurlar:
“Alicənab insanların əlaməti nədir?”.
Həzrət (s) buyurur: “Dünyada
zindanlıdırlar. Dillərini çox
danışmaqdan saxlayarlar. Qarınlarını çox yeməkdən saxlayarlar”. 7. Mələklərin sevimlisi olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər
kim haqqı çoxlu təsbih edər, az yeyər
və az içər, az yatar, mələklər onun
müştaqı olarlar”. 8. Hikmət əta olunar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hikmət
nuru - aclıqdır. Toxluq Allahdan
uzaqlaşmaqdır. Ona görə də tox
olmayın ki, mərifət nuru qəlblərinizdə
sönər”. 9. İbadət.
Həzrət Peyğəmbər (s) buyurur: “Az
yemək - ibadətdir”. 10. Qəlbin Allahı görməsi.
Həzrət İsa (ə) buyurur: “Ciyərlərinizə
aclıq verin. Bəlkə bu yolla qəlbləriniz
Allahı görsün”.

(Tebyan/ Deyerler.org)


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar
loading...