Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEbirLi OLAn OXUya BiLEr....

Yaşlı qadın olduqca Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: "Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun!" deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: "Allah yoxdur, Allah yoxdur!" deyə fəryad qoparardı. Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inad olsun deyə var gücü ilə, "Allah yoxdur, Allah yoxdur!" deyib təsəlli tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı qadına "tələ qurmağı" qərara aldı. Dükana gedib meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı qadın qapını açıb torbaları gördü. Əvvəlcə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə, "Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun!" deyə dua etdi. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səsləndi: "Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri də sənə mən aldım!". Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: "Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətmisən"...

"Allah" demək..

Kasıb bir oğlan padşahın qızına aşiq olur. Ancaq bu arzusunun əlçatmaz olduğunu anladığı üçün pərişan halda gəzib-dolaşır. O, bir dəfə ağsaqqal bir dərvişlə rastlaşır və dərdini ona açır. dərviş də, öz növbəsində, ona: "Övladım, şəhərin girişində otur, kim sənə nə desə sən ona: "Allah",- deyə cavab ver",- məsləhətini verir.
Kasıb gənc dərvişin məsləhətinə əməl edir. Günlərlə, aylarla şəhərin girişində oturur. Kimin nə deməsindən, nə soruşmasından asılı olmayaraq, ancaq Allah deyir. Bir müddət sonra həmin oğlan bu davranışına görə bütün şəhərdə məşhurlaşır, hamı ondan danışır. Məsələ padşahın da qulağına gedib çatır.
Bir gün padşah bu məşhur gənci görmək istəyir. Əvvəlcə, dərvişdən həmin oğlan haqqında məlumat istəyir. Dərviş də ona bildirir ki, bu gənc dövrün ən mübarək, Allaha bağlı insanlarından biridir. Bunu eşidən padşah dərhal gəncin yanına gəlir. Ondan: "Kimsən? Problemin nədir? Nə istəyirsən?"- soruşur. Gəncin cavabı isə yalnız bir olur: "Allah". Padşah gəncin dilindən başqa söz çıxmadığını görüb geri qayıdır.
Səhərisi gün dərviş gəncin yanına gəlir və deyir ki, padşah öz qızını ona verməyə razı olanadək, o, padşahdan başqa bir şey istəməsin.
Bir gün yenə padşah oğlanın yanına gəlir və deyir: "Səni öz qızımla evləndirmək istəyirəm. Fikrin nədir?" Gənc oğlan isə bu təklifi rədd edir və deyir: "Qızınızla evlənmək istəmirəm. Mən başqa bir niyyətlə "Allah" dedim. Allah isə padşahı mənim kimi kasıb bir gəncin ayağına gətirdi. Mən sırf Allah rizası üçün "Allah" desəydim, kim bilir nələr olardı? Bundan sonra mən Ondan başqasını tanımıram, Ondan başqasını istəmirəm".

Çox çirkin səs..

Mövlana Həzrətləri bir gün tələbələrinə dərs deyərkən onlardan soruşur:
- Allah (c.c.) Quranda ən çirkin səsin uzunqulaq səsi olduğunu buyurur. Sizcə, o qədər heyvanların arasında uzunqulaq səsinin ən pis səs olaraq göstərilməsinin hikməti nədir?
Tələbələr sualın cavabını yenə Mövlanadan gözləyirlər.
Mövlana:
- Hər heyvanın özünəməxsus zikri, təsbihi var. Məsələn, dəvənin böyürməsi, aslanın kükrəməsi, milçəyin və arının vızıldaması onların zikrləridir. İnsanların zikri və təsbihi olduğu kimi mələklərin də zikrləri var. Halbuki, biçarə uzunqulaq sadəcə iki dəfə anqırır: acıyanda və cinsi yaxınlıq istədikdə. Demək ki, uzunqulaq şəhvətinin və mədəsinin əsiridir. Könlündə Allaha (c.c.) sevdası olmayan, sadəcə mədəsini və şəhvətini düşünən insanın səsi də Allah (c.c.) qatında uzunqulaq səsi kimidir və ya daha aşağıdır.

Lağ Eləməyin Cəzası.

Gavs-ül-Memduh həzrətləri, bir gün dərgahın qarşısında oturarkən Abdürrahim Əfəndini hüzur şəriflərinə çağırdı. Şama gedib getmədiyini soruşdu.
"Getmədim əfəndim" deyincə;
"Bu tərəfə bax baxaq nə görəcəksən?" buyurdu.
İşarə etdiyi istiqamətə baxdığında, yamyaşıl bağçalarıyla, Şamın qarşısında dayandığını heyrətlə gördü. Şamı maraqla seyr etdiyini görən Gavs-ül-Memduh;
"Abdürrahim! Boşu kəndi buradan uzaqdadırmı görülə bilərmi?" buyurunca, yuxudan oyanar kimi Şam gözlərindən silindi və müəlliminə;
"O kənd bura uzaqdır, görünməz əfəndim." deyə cavab verdi.
Bunun üzərinə;
"Şərq tərəfinə bax!" buyurdu.
O anda kiçik bir təpənin yamacında qurulmuş olan Boşu kəndi gözünün önünə gəldi. O anda kəndin bir kənarında, Gavs-ül-Memduhun tələbələrindən bir neçə dənəsi oturmuş söhbət edirdilər. Kənd gözətçisi də yanlarında kürək üstü uzanmış yatır, tələbələrlə lağ edirdi.
Gavs-ül-Memduh;
"Abdürrahim! Gözətçinin yoldaşlarınla lağ etdiyini görürsənmü?" deyə soruşdu.
"Görürəm əfəndim. Əgər icazə buyursanız dərhal haqqından gəlim." deyə soruşdu.
Müəlliminin heç cavab verməməsindən cəsarətlənərək ayağını sürətlə gözətçiyə doğru yellədi. Allahu təalanın icazəsiylə, ayağı gözətçinin tam qarınına isabət etmiş ki, birdən qarınını tutmağa və fəryad etməyə başladı. Bir daha vuracaqdı, lakin Gavs-ül-Memduh;
"Yetər ya Abdürrahim!" buyurunca, dayandı.
Boşu kəndi də gözündən itdi. Müəlliminin bu kəramətlərinə heyran qalmışdı.
Aradan on gün keçmiş idi. Boşu kəndinin gözətçisi,üzü sarılı bir halda Gavs-ül-Memduhun hüzurna çıxarıldı. Ağızı sol qulağına qədər əyilmişdi. Əyilən tərəf kırış kırış olmuş, digər tərəfi də baraban pərdəsi qədər gərginləşmişdi. Bu səbəblə nə ağladığı nə güldüyü, nə də danışdığı aydın olurdu. Çətin danışa bilən gözətçi;
"Aman ya Müəllimim! Allahu təalanı zikr edən tələbələrinlə lağ edərkən, biri şiddətlə qarınıma vurdu. O anda bütün bədənim hərəkətsiz qaldı. Ağızım da bu hala gəldi. Bundan belə səhvmi anladım və tövbə etdim. Nə olar məni bağışlayın və ağızımın köhnə hala gəlməsi üçün dua edin." deyərək ağladı.
Gavs-ül-Memduh onun bu vəziyyətinə çox kədərləndi. Mərhəmət edib əllərini qaldıraraq dua etməyə başladı. Sonra mübarək əlini gözətçinin üzünə sürdü. O anda gözətçinin ağızı, Allahu təalanın icazəsiylə köhnə halına gəldi.

Duaların qəbul olmamasının 10 səbəbi.

Bir zamanlar Basra vilayətinin xalqı ibrahim Edhem həzrətlərinə müraciət edərək dualarını qəbul olmadığından şikayət etmişlər.
Halbuki Cənabı Haqq duaların qəbul olunacağına dair vədi vardır, deyincə Ibrahim Edhem həzrətləri cavab olaraq buyurmuşdur:
-Sizin on şeydən ətrafı ürəkləriniz ölmüşdür. Təbiətiylə dualarınız qəbul olunmaz.
Birincisi: Siz Allahı bilirik deyirsiniz də onun haqqlarını heç əda etmirsiniz.
İkincisi: Sizlər Quran oxuyursunuz və lakin Quran ilə əməl etmirsiniz.
Üçüncüsü: Sizlər, biz Rəsulullahı sevirik, deyərsiniz də sünnəs(n)i rəsulullah ilə heç əməl etməzsiniz.
Dördüncüsü: şeytan düşmanımızdır. Bunu bildiyiniz halda ona uyğun gəlməkdən imtina etmirsiniz.
Beşincisi: Cənnəti sevirik deyərsiniz də, cənnətə girməyə layiq olmağa işləməyirsiniz.
Altınçısı: Siz Cəhənnəmdən qoruyuruq deyirsiniz, lakin onun atəşindən heç də qaçtığınız yoxdur.
Yeddincisi: Hamınız Ölüm haqqdır deyib də ölüm üçün heç bir hazırlıq Etməmisiniz.
Səkkizincisi: Insanın eyibləriylə məşğul olursunuz da, öz eyiblərinizi tərk edib onları aradan qaldırmağa çalışmazsınız.
Doqquzuncusu: Allahın nemətlərini yeyərsiniz, lakin o nemətlərə qarşılıq Allaha şükür etməzsiniz.
Onuncusu: Ölülərinizi dəfn edirsiniz də, heç ibrət götürmürsünüz.

Oxu Çıxartdınmı?

Həzrəti Əlinin(r.a)ayağına döyüş zamanı bir ox batmışdı.Ox sümüyə girdiyi üçün onu heç cür çıxarda bilmirdilər.Gətirilən həkim yaranın dərinliyini görüncə deyir:
-Ancaq sizi bihuş edərək bu oxu çıxara bilərik.Yoxsa ağrısına dözə bilməzsiniz.
Həzrəti Əli(r.a)belə cavab verir:
-Bihuşedici dərmana ehtiyac yoxdur.Bir az gözləyin,namaz vaxtı gəlsin.Mən namaz qılmağa başlayanda oxu çıxardarsınız.
Bir az göxlədikdən sonra namaz vaxtı girir.Həzrəti Əli(r.a) dəstəmaz alıb ALLAH-a böyük bir sevgi və ehtiramla namaz qılmağa başlayır.Uca Rəbbi ilə ünsiyyətdə olmağın verdiyi həzz sanki onu bihuş etmişdi.Bu arada həkim oxu çıxartmışdı,yaranı sarımışdı.Həzrəti Əli(r.a) namazı bitirən kimi həkimdən soruşur:
- Oxu çıxartdınmı?...
Demək,ALLAH sevgisi ilə coşub-daşan bu iman örnəyi,bu nurlu köks sümüyə dirənmiş oxun çıxarılmasını hiss etməmişdi...


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 313 Bölmə: Maraqlı melumatlar
loading...