Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gelecek Ucun Gunahkar Insan Yetiwdirmeyin 8 En Asa

Gələcək üçün günahkar insan
yetişdirməyin 8 asan yolu....
1- Daha kiçikkən uşağa istədiyi hər şeyi
verməyə başla! Bu şəkildə o hər kəsin
onun dolanışığını təmin etmək
məcburiyyətində olduğuna inanacaq.
2- Pis sözlər söylədiyi zaman, gül.
Beləcə o özünün ağıllı olduğuna inanacaq.
3 - Ona düşünməyi və
beynini istifadə
etməsini öyrətmə, 21 yaşına gəlincə özü
qərar versin, deyə gözlə.
4 – Yerə atdığı
hər şeyi götür!
Kitablarını, ayaqqabılarını, paltarlarını, onun üçün hər şeyi sən et ki, o bütün
məsuliyyətlərini başqalarına yükləməyə
alışsın.
5 - Onun qarşısında tez-tez ailə
mübahisələri et ki, onun da ailəsi bir
gün dağıldığında, bir o qədər də
təəccüblənməsin.
6 - Ona istədiyi qədər cibxərcliyi ver ki,
heç bir zaman öz pulunu qazanmanın
nə olduğunu öyrənməsin.
7 - Yemək,
içəcək və rahatlıqla əlaqədar
bütün arzularını yerinə yetir ki,
istədiklərini hər vaxt başqası tərəfindən əldə etməyə alışsın.
8 - Qonşulara,
müəllimlərə, polislərə
qarşı daim onun tərəfini tut ki, onların
hamısından bir addım öndə olduğunu
bilsin.

Bütün bunları və buna bənzərləri
edərkən yetişdirdiyin uşağın, günün birində başına həqiqətən bir bəla
gələrsə, ondan üzr istə, amma onu
fəlakət dolu bir həyata sürüklədiyin
üçün öz-özünə də təşəkkür etməyi
unutma. Çünki onun belə yetişməsinin
səbəbkarıda sən özünsən.....

Allah bizlərə dininə, millətinə, xeyirli
övladlar yetişdirməyi nəsib etsin.
AMİN!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Maraqlı melumatlar
loading...