Bir kişi, minəcəyi avtobusun tərpənməsinə bir saatdan çox müddət olduğu üçün terminalın yarı isıqlıq koridorlarını gəzinirdi. Əllərini yumaq üçün bir az irəlidəki məscidə yaxınlaşdığında, iş geyimində bir gənc ona doğru gələrək:
- "Hər halda namaz qılacaqsınız. Dəstəmaz almaq yerimiz də var."- dedi.
Adam, əlindəki siqaretin külünü cavanın ayaqları dibinə silkələyərək:
- "Sən hər halda gözətçisən"- deyə dikləndi. "Nə iş görürsən burada?"
Cavan, küncdəki süpürgəyə işarə edərək:
- "Təmizlikçiyəm" -deyə kəkələdi. "Hamam və tualeti təmizləyirəm."
Adam, onu kinayəli gözlərlə süzərək:
- "Mən, namazı sənin kimi çulsuzlara buraxdım"- deyə təkəbbürlə güldü.. "Bu iş sizə elə yaraşır ki…"
Təmizlikçi gənc, adamın təhqirinə aldırmayacaq qədər olğun (yetişmiş, mükəmməl) idi. Lakin namaza qarşı edilən hörmətsizlik, canını çox sıxmısdı. Verəcəyi cavabı bir müddət düşündükdən sonra, susmağı seçərək işinə qayıtdı.
Adam, məğrur addımlarla oradan uzaqlaşarkən, başının fırlandığını hiss etdi. Kürəyindən çıxardaraq qoluna götürdüyü kaşmir paltonun ağırlığının da ilk dəfə fərqinə varırdı. Bir az əvvəl yediyi iki boşqab kabab, hər halda təzyiqini yüksəltmiş və özünü halsız eləmişdi. Bir neçə addım daha atdıqdan sonra birdən halı pisləşərək dizləri üzərinə çökdü. ALLAHdan ki, qolundakı palto ondan əvvəl yerə sərilmiş və yeni aldığı kostyumun çirklənməsinə maneə olmuşdu. Adam, çöməlmiş vəziyyətdə olmasına baxmayaraq fırlanan başını yerə söykəyərək bir müddət dinləndi və təkrar dikəldi, yenə narahatlığı hiss edərək eyni hərəkəti təkrarladı. Lakin, başqaları tərəfindən görülməsi onu pərt edirdi. Bunun üçün başını yerdən qaldırıb sağa-sola baxındığında, terminalın çayçısı olduğu aydın olan bir gənclə burun-buruna gəldi. Cavan, kişini hörmətli bir ifadə ilə salamlarkən:
- ALLAH qəbul etsin əmi, -dedi. Amma qiblə bir az daha sağa doğru idi.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar