- Qəribə deyilmi ki, 10
manatlıq əskinazı məsciddə
sədəqə verdikdə bu məbləğ
bizə çox görünür, alış-verişə
xərclədikdə isə az!?
- Qəribə deyilmi ki, namaza
və ibadətə sərf etdiyimiz 1
saatlıq müddət bizə uzun,
televizor qarşısında isə qısa
görünür!?
- Qəribə deyilmi ki, namazda
fikrimizi bir yerə
cəmləməkdə çətinlik çəkirik,
amma dostlarımızla deyib-
güləndə isə deyil!?
- Qəribə deyilmi ki, Qurandan
1 hissəni candərdi oxuyuruq,
amma xoşladığımız roman
heç əlimizdən düşmür!?
- Qəribə deyilmi ki, Qurandan
1 hissəni əzbərləməkdə nə
qədər çətinlik çəkirik, amma
edilən dedi-qoduları,
müxtəlif boş məzmuna malik
mahnı sözlərini isə tez yadda
saxlayırıq!?
- Qəribə deyilmi ki,
qəzetlərdə yazılanlara tez
inanır, Allahın kitabi Quranda
yazılanlara isə tərəddüdlə
yanaşırıq!?
- Qəribə deyilmi ki, hamımız
Cənnətə girmək istəyir,
amma bunun üçün zəhmətə
qatlaşmaq istəmirik!?
- Qəribə deyilmi ki, hər
birimiz başqalarının
günahlarını gördükdə hakim
olur, öz günahlarımızı
gördükdə isə vəkilə
çevrilirik!?
- Qəribə deyilmi ki, müəyyən
səbəblərə görə hələ ki,
örtünmək imkanına malik
olmayan, lakin qəlbən bunu
arzulayan bacımızı
"Örtünməlidir! Əks halda
kafirdir!" – deyə ittiham
edən müsəlmanın ailəsi Allahı
tanımır!?
- Qəribə deyilmi ki, Allaha
qurban olum, Onun yolunda
canımdan da keçərəm!!!" -
deyən şəxs gündəlik
ibadətlərini yerinə yetirməyə
belə tənbəllik edir!?
- Qəribə deyilmi ki, ömrümüz
boyu başqalarının hörmətini,
razılığını qazanmaq üçün
əlimizdən gələni edirik,
Allahın razılğını qazanmağa
gəlikdə isə "vaxtım yoxdur"
bəhanəsilə “aradan çıxırıq”!?
- Qəribə deyilmi ki, məzhəb
mübahisələrinə bu qədər
vaxt ayıran biz müsəlmanlar
ətrafdakı böyük təhlükələri
görmürük!?
Sizcə də qəribə deyilmi?
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar