Mövzunu bu cümlə ilə başlıyacam. Nə üçün insan namazdan yayınır? Buna çoxusu bəhanə olaraq söyləyir: vaxtım yoxdur, günah işlədəcəmsə ondansa namaz qılmıyım, bu çox məsuliyyətli işdir,hələ hazır deyiləm. Bu bəhanələrin heç birinin mənası yoxdur. Çünki onsuzda günahsız və ya səhvsiz bəndə yoxdur. İnsan ibadət etdikdə günah işlədir və bunu anlayıb bir daha etmir biridə var ibadət etmir və böyük günahlara yol verir və özünə təsəlli verərək deyir namaz qılıb səhv etməkdənsə etməmək daha doğrudur o insanlar daha başa düşmürlər ki onlar batdıqca daha da batırlar çünki adəm ovladı namaz qılmalıdır ki pisi yaxşıdan ayırsın,ədalətli olsun,haramdan əl çəksin,nəfsinə güc gəlsin,iradəli olsun.
Insanların əksəriyyəti səhlərini günahlarını başa düşüb ibadət etməyə başlayırlar və düz edirlər çünki ALLAH Rəhman və Rəhimdir.Bəzi insanlar var deyir bu insan o qədər günah işlədibki indi namaz qılırş Belə danışan insanlar bəlkə də həyatlarında ən böyük səhvə yol verirlər. Çünki ALLAH tövbə edib din yoluna gələn bütün qullarını bağışlayır və onlara düz yolu göstərir. İbadət insanı çox dəyişdirir. İnsan sanki təzə dünyaya gəlmiş kimi olur çünki ibadət edən insan əvvəlki kimi heç vaxt ola bilməz. Çünki əvvəl etdiyi qeybət, nəfsinə sahib çıxmamaq,kiminsə arxasıyca bilib bilmədiyini danışmaq və bu kimi böyük günahlar etməkdən yayınıb və təmamilə ayrı bir insan olur. ALLAH hər kəsə namaz qılmağı əmr edib bu hər bir müsəlmanın borcudur. ALLAH biz insanlara ən gözəl nemətləri nəsib edib axı nə üçün biz ALLAHA Şükür edib ona ibadət etməyək? Axı ALLAH bizləri düz yola yönəldir. Hansı ki o yolda xoşbəxtlik,müsəlmanlıq,halal, iradə və mərhəmət və bir çox gözəlliklər var. Bu yol insanların cənnətə gedə biləcəyi yoldur. Təbii ki, insan var namaz qılmır amma əməlləri gözəldir bəs olmaz ki, o gözəl əməlini daha da gözəlləşdirib namaz qılsın? Biz insanlar bir şeyi başa düşməliyik ki, insan öləcəyi vaxtı, günü, saatı bilmir. Gəlin vaxtında ibadətimizi edib bəndəlik borcumuzu yerinə yetirək.
ALLAH hər bir müsəlman bacı-qardaşlarımıza ibadət edib gözəl əməlləri etməyi nəsib etsin.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar