Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QEDR GECESININ SAVABI

Rəvayətlərə görə bu, həmin ayın ya 18-dən 19-na, ya da 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə baş vermişdir. Həmin gecə “leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Qurani-kərimin "Qədr" surəsində buyurulur: “Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik. Bilirsənmi Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər işdən ötrü enər. O gecə dan yeri sökülənədək əmin-amanlıqdır." İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayin sultanı" da adlandırırlar. Bu gecələri qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə olur. Bu gecə məsləhət görülən ibadətlər dua kitablarında bəyan olunub. Ramazan ayı ərzində mühüm məqamlardan biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Qurani-kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan ayının Qədr gecəsində bütöv halda Lövhi-Məhfuzdan - Allahın dərgahında hifz olunan Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail əleyhissəlam vasitəsilə Peyğəmbərimizə (s) 23 il müddətində hissə-hissə çatdırılmışdır. Bu səbəbdən, Qədr gecəsinin savabı min ayın savabından çoxdur. Qədr gecəsi Ramazanın son on gecəsindən biridir. Hədislərə görə, bu gecə Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 26-dan 27-nə keçən gecələrdən biridir. O gecə mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə enər, əmrləri çatdırarlar. Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır. Əhya gecəsi və Qədr gecəsi eyni mənalı məfhumlardır.
Həmin gecə sakitsilik, əmin-amanlıq olur. Həmçinin möminin qəlbi rahat olur. Uca Allah buyurur ki, o gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!
Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (s) səhabəsi olan Ubey İbn Kəb belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir... Onun əlaməti odur ki, həmin gün səhər günəş ağapaq şüasız çıxır.”
Üzümüzə sonsuz rəhmət qapılarını açan Allaha həmd olsun. Bu gecələri əhya, qiyam etmək gərəkdir. Yəni qəflət yuxusundan oyaq halda keçirmək gərəkdir. Ramazan ayının gecələrindən birində müqəddəs kitabımız olan Qurani-kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23-cü gecələrindən biridir.
Qədr Gecəsinin Əməlləri
1- Qüsl etmək. Mərhum Əllamə Məclisi bu qüslu günəş batan çağı alıb, onunla axşam namazının qılınmasının müstəhəbdir.
2- Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insanı Quranı qarşılayaraq deyir: "İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram".
3- Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir.
Yəni: "Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lkain mən sənin razılığını qazanmaq üçün sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm".
4- Qədr gecəsinin namazı. İki rükət namazı hər rükətdə Həmddən sonra yeddi dəfə İxlas surəsini oxumaq. Namazdan sonra yetmiş dəfə: "Əstəğfirullahə və ətubu iləyh" desin.
İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allah onun ata-anasının günahlarını bağışlayar."
5- Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdangünahların bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq demıkdir. Yəni: "Ey Allahım, sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhəbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam." Həzrət Peyğəmbər(s) buyurur: "Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər". (Yəni hər kim Quranı oxuyub ona əməl edərsə və oona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhnnəmə vasil olar.)
Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm".
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
"Alllahummə inni əs'əlukə bi-kitabik'əl-munzəl. Və ma fihi, və fihi ismukəl-əkbər, və əsmaukəl-husna, və ma yuxafu və yurca, ən təc'ələni min utəqaikə minən-nar." Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink."
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:
On dəfə "Bikə ya Allah" .
On dəfə "Bi-Muhammədin (s)" .
On dəfə "Bi-Əliyyin (ə)"
On dəfə "Bi-Fatimətə (s.ə)" .
On dəfə "Bil-Həsəni (ə)" .
On dəfə "Bil-Huseyni (ə)" .
On dəfə "Bi-Əliyyibnil-Huseyn" .
On dəfə "Bi-Muhəmməd ibni Əliyyin" .
On dəfə "Bi-Cəfər ibni Muhəmməd" .
On dəfə "Bi Musa ibni Cəfər" .
On dəfə "Bi-Əliyyibni Musa" .
On dəfə "Bi-Muhamməd ibni Əliyyin" .
On dəfə "Bi-Əliyyibni Muhəmməd" .
On dəfə "Bil-Həsən ibni Əliyyin" .
On dəfə "Bil-Huccəti".
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtadqıdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6- Bu gecənin bir əməli də İmam Əli (ə) İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.
7- Bu üç gecədə əhya tutmaq (bu gecələri yatmadan səhərləmək) də müstəhəbdir. Bir hədisi şərifdə belə keçər: "Qədr Gecəsini əhya tutan kimsənin günahlarını, Allah bağışlayar/hədiyyələr."
8- Hər üç gecədə də yüz rükət namaz qılmağın çox fəziləti var.(kimin boynunda qəza namazı varsa, 6-günlük qəza namazıda qıla bilər)
9-Cövşən-Kəbir duasını oxumaq
10-Peyğəmbər (s) və onun əhlibeytinə salavat göndərmək.
11- Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. Bu əməlin mənasaı belədir: İnsan keçmişdə etdiyi günahlardan peşmanolub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir.Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəm".


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 266 Bölmə: Maraqlı melumatlar
loading...