Aişə (r.a) . belə rəvayət edir: “Bir neçə insan Peyğəmbərdən (s.a.v) kahinlər barəsində soruşdu. Peyğəmbər (s.a.v) belə buyurdu: “Onlar heç bir şeydirlər.” Onlar belə dedilər: “Ey Allahın Elçisi, bəzən onların danışdıqları haqq olur.” Peyğəmbər (s.a.v) belə buyurdu: “Bu haqq kəlimə cinlərdəndir. Onlar bunu oğurlayaraq vəlisinin qulağına toyuğun qaqqıldadığı kimi qaqqıldayarlar və onunla yanaşı, yüzdən çox yalan söyləyərlər.”
Şeytanların (mələklərin söhbətinə) xəlvəti qulaq asdıqda (oğurladıqda) ulduzla vurulması.
Abdullah ibn Abbas (r.a) belə rəvayət edir: “mənə Peyğəmbərin 9s.a.v) ənsarlardan olan səhabələrindən bir kişi, başqa bir rəvayətdə isə kişilər belə xəbər verdi: “Onlar bir gecə Peyğəmbərlə (s.a.v) birgə oturduqları vaxt bir ulduz düşərək aydınlandı. Peyğəmbər (s.a.v) onlara belə buyurdu:“Siz cahilliyə dövründə bunun kimi ulduz düşdükdə nə deyirdiniz?” Onlar belə dedilər: “Doğrusunu Allah və Elçisi bilər. Biz: “Bu gecə bir əzəmətli insan anadan olub və ya ölüb!” deyərdik. Peyğəmbər( s.a.v) belə buyurdu:“O, kiminsə ölümü və ya həyatına görə düşmür. Allah Təalə bir işi əmr etdikdə, Ərşi daşıyan mələklər təsbih edər, sonra onların ardınca səma əhli təsbih edər və nəhayət bu təsbih dünyanın səmasının əhlininə gəlib çatar. Sonra Ərşi daşıyan mələklərin ardınca gələn səma əhli Ərşi daşıyan mələklərə: “Rəbbiniz nə dedi?” deyə söyləyərlər. Onlar da xəbər verər. Beləcə səma əhli bir- birinə xəbər verə-verə nəhayət xəbər gəlib dünya səmasının əhlinə çatar. Cinlər bu söhbəti oğurlayaraq öz vəlilərinə çatdırarlar və onlar bununla (ulduzla) vurularlar. Onu necə var elə çatdırsalar, bu haqq olar. Lakin onlar onu qarışdırır və artırırlar.”
Tarix: 24.04.2013 / 21:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar