Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çində 12 ən "inadkar" ev (FOTOLAR)
Çində 12 ən

Bəzən yeni məhəllələr və ya yolların tikintisi zamanı bəzi sakinlər evlərini tərk etməkdən imtina edirlər və nəticədə onların binaları toxunulmaz qalır. Amma bu binalar yeni tikililərin fonunda həddindən artıq çox nəzərə çarpır.

+

Çjen Meyzu qismən dağılan evdə yaşayır, halbuki evə su və elektrik enerjisi verilişi artıq bir ildir ki, kəsilib. Ruyan, Çjetszyan əyaləti.

+

2013-cü il aprelində Çinin mərkəzi hissəsində İçan şəhərində tikinti meydançasındaiki tənha ev təcrid olunmuş vəziyyətdə qalıb. Elektrik enerjisi və suyu dəfələrlə kəsilməsinə baxmayaraq insanlar evlərini tərk etmək istəmirlər

+


Tikinti fəhləsi 2014-cü ildə Tszyansu əyalətində, Çançjou şəhərində 75 yaşlı Yao Baohuanın evinə baxır.

+


2007-ci ildə Çinin cənub-qərbində Çuntsin şəhəri mərkəzində tikinti çuxurunda tənha ev.

+


Hefey əyalətində yeni çoxmərtəbəli binaların tikintisi üçün təmizlənən sahədə qismən dağılan evlər.2010-cu il.

+


Göydələnlər arasında kanallarla əhatə olunan bir neçə tənha ev. Köçən sakinlər razı olmayanları evlərindən çıxarmaq üçün bilərəkdən qazıblar. Quançjou əyalətində Yantszı, 2014-cü il.

+


Şençjendə tikinti meydançasında altımərtəbəli yaşayış evi. Ev sahibi Çoy Çu Çun və həyat yoldaşı Çjan Lyan Hao evlərinin dağılmasına görə təzminatı qəbul etməkdən imtina ediblər.

+


Qadın müdafiə edə bilmədiyi evin dağıntıları üzərində hönkürür. Yantszı. Quançjou əyaləti.

+


Kunmin əyalətində tikinti meydançasında evi qismən dağılan evin sahibi evinin ətrafında su toplayır, belə ki, su təchizatı dayandırılıb.

+


Sakinlərdən biri evinin dağıdılması və bu yerdə dəbdəbəli villaların tikilməsinə qarşı çıxıb. Suçjou. Tszyansu əyaləti, 2013-cü il iyul.

+


Yaşlı cütlük evin sökülməsi barədə anlaşmanı imzalamaqdan imtina edib. Nəticədə evin yarısını söküblər, qalan hissə isə yol ilə əhatə olunub. Çjetszyan əyaləti

+


Tarix: 17.04.2015 / 12:16 Müəllif: Aziza Baxılıb: 202 Bölmə: Maraqlı Melumatlar
loading...