Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aclıq aksiyasının tarixi

Aclıq aksiyası min illərdir müraciət olunan siyasi mübarizə üsullarındandır. Onun tipik etiraz aksiyalarından əsas fərqi insanın “təcavüzü”ü birbaşa özünə tətbiq etməsindədir.

Tarixdə ilk aclıq aksiyası Hindistanda olub. Sürgünə göndərilən Kral Ramanın ölkəsinə qayıtması üçün aksiyaya başlayan qardaşı məqsədinə çatmasa da, aksiyanı bir etiraz forması kimi tarixə sala bilib.

Aclıq aksiyası həmin dövrlərdə o qədər yayğınlaşıb ki, xristianlıqdan əvvəl İrlandiyada qanuniləşib. Ədalətsizliklə qarşılaşan insan aclıq aksiyası edib öldüyü halda, günahlandırdığı şəxs aksiyaçının borclarını ödəmək məcburiyyətində idi. Aclıq aksiyalarına daha çox həbsxanalarda rast gəlinir. Bunun da əsas səbəbi həbsxanada başqa etiraz forması üçün imkan və alternativlərin yoxluğudur.

Qeyri-insani və təhqiramiz metod

Aclıq aksiyası keçirən şəxslərin tələblərini yerinə yetirmək istəməyən qarşı tərəf ən çox “zorla yedizdirmə” üsuluna əl atırmış. Ancaq Dünya Tibb Təşkilatı uzun mübahisələrdən sonra bu üsulu “qeyri-insani və təhqiramiz” elan edib. Aclıq aksiyalarının tarixini yazan Şarman Rassel aclıq aksiyasının təməl sütunun məhz ictimai maraq olduğunu vurğulayır: “Cəmiyyətdə aksiyaya maraq yaranmazsa, aksiyanın uğur qazanmaq ehtimalı azalır”. Aclıq aksiyası rekordu 116 günlə Mahatma Qandinin mübarizə yoldaşlarından Baqat Sinqə aiddir.

Tarixdə iz qoyan aclıq aksiyaları

Mariona Uollas-Danlop

Müasir dövrün ilk aclıq aksiyasını məhz Uollas-Danlop reallaşdırıb. İsveçli hərbçi, qadınların seçki hüququnu müdafiə edən etirazlarına görə həbsə atılanda aksiyaya başlayıb. Məhkumun ölüb “şəhidlik” zirvəsinə yüksəldiləcəyindən qorxan hökumət 91 saatdan sonra “təslim olub” və Uollas-Danlopu azad edib. Azad olunan hərbçi XX əsrin ən dramatik siyasi aksiyalarının ilham qaynağı olub. Ancaq Britaniyada qadınlara seçki hüququ onun etirazlarından daha çox onların I Dünya Müharibəsindəki xidmətlərinə görə verilib.

Mahatma Qandi

Mahatma Qandi Hindistanda ingilis hökmranlığına, ədalətsizliyə və təcavüzə etiraz etmək üçün dəfələrlə aclıq aksiyası keçirib. Məhz Qandinin aclıq aksiyaları və digər passiv etiraz aksiyaları Hindistanı azadlığa qovuşdurub.

Sezar Çavez

Meksika əsilli amerikan etirazçı Çavez əkinçilərin maaşlarının yüksəldilməsi üçün 25 gün aclıq aksiyası keçirib. 1968-ci ildəki ilk etirazı məqsədinə çatmaqla yanaşı işçilərə sağlamlıq sığortası da qazandırıb. Çavez 1989-cu ildə 61 yaşında əkin dərmanları zəhərlənmələrinə diqqət çəkmək üçün aclığa başlayıb. Aksiya 36 gün davam edib. Çavezin böyük dəstək alan aksiyaları Əkinçilər Birliyi-Amerikanın ən güclü həmkarlar ittifaqının yaranması ilə nəticələnib.

Bobbi Sendz

Sends 1981-ci ildə Meyz həbsxanasında qalan İrland Respublikası Ordusu (İRO) hərbçilərinə siyasi məhbus statusunun verilməsi üçün aclıq aksiyasına başlayıb. Aclıq aksiyası olarkən Britaniya Parlamentinə seçilib, ancaq aksiyanın 66-cı günündə Sends dünyasını dəyişib.

Aksiyanın 73-cü günü dünyasını dəyişənlərin sayı ona çatıb. Sendsin cənazəsində 100 mindən çox insan iştirak edib. Aksiya ingilislərə etibarı və dəstəyi azaltdığından, hökumət kompromisə getməyə məcbur olub. İrlandiyanın azadlıq mübarizəsində Sendsin və dostlarının payı çox böyükdür.

Miya Ferrou

Amerikan aktrisa, məşhur müğənni Frenk Sinatranın həyat yoldaşı olmuş Miya Ferrou Darfurda aclıq, səfalət və susuzluğa diqqət çəkmək üçün aclıq aksiyası keçirib. Ferrou 12 günlük aksiyasını həkim tələbi ilə dayandırmaq məcburiyyətində qalıb.

İnsan aclığa nə qədər dözə bilər?

Su içməklə insan bədəni aclığa maksimum 60 gün dözə bilər. Su içməzsə, 10 günə ölüm “qapısını döyər”. Çünki susuzluq orqanları tamamilə iflic edir.

Bədəndə üç enerji mənbəyi var: qlikogen, protein və yağ. Qlükoza (qan şəkəri) üç-beş gün ərzində tükənir. Bu halda metabolism enerji üçün yağ hüceyrələrinə “müraciət edir”. Bu hüceyrələrin parçalanması ilə yaranan “keton cismləri”n (qüvvətli turşular) qanda həddindən artıq miqdara çatması ölümün yaxınlaşdığını göstərir.

Yağ hüceyrələri də bitdikdən sonra metobolizm əzələlər və ağciyər, ürək kimi həyati orqanlara hücum edir və bədəni “əridir”.

Aclıq aksiyasında bədənin dözümlülüyü insandan insana dəyişir. Yağ hüceyrəsi nə qədər çox olarsa, müddət də uzanar. Qaraciyər, böyrək və ürək də başda olmaqla orqanların vəziyyəti də aclıq müddətə təsir edir. Yaş və çəki də önəmlidir. Aksiya vaxtı su, qlükoza, vitamin və duz qəbul etmək bədənin dözümlülüyünü artırır.


Tarix: 10.12.2014 / 18:06 Müəllif: Aziza Baxılıb: 158 Bölmə: Maraqlı Melumatlar
loading...