Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım."

Dünyanın ən məşhur embrioloq alimlərindən biri, yəhudi Rob Gillham Quran ayələrini oxuyandan sonra İslamı qəbul edib Albert Eynşteyn İnstitutunun professorunun diqqətini Quranda "ərindən boşanan qadınlar 4 ay…başqa kişiyə toxunmamalıdır" ifadəsi cəlb edib. Embrioloqun dediyinə görə, qadının orqanizminin kişinin «xromosom izi»ndən təmizlənməsi üçün məhz bu qədər vaxt gərəkdir. Misir Milli Embriologiya Mərkəzinin professoru, doktor Əbdel Bəset əs Səidin dediyinə görə, embrioloq Gillham araşdırmalarını əvvəlcə ABŞ-ın müsəlmanlar yaşayan bölgələrindən birində, sonra isə Nyu-York, Hyuston və Los-Ancelesin müxtəlif məkanlarında aparıb. Tədqiqatlar nəticəsində məlum olub ki, ərindən boşanmış müsəlman qadınlardan fərqli olaraq, başqa dinlərdən olan qadınların orqanizmlərində eyni vaxtda bir neçə kişi xromosomu izləri olub. Nəticədə arvadının orqanizmini tədqiq edən Gillham xanımının bədənində 3 müxtəlif kişi xromosomu izləri tapıb. «Belədə anladım ki, arvadım mənə xəyanət edib. Onu da dərk etdim ki, üç övladımdan yalnız birinin atası mənəm. Müsəlman qadınlara hörmətim daha da artdı», — Gillhem deyib. Xatırladaq ki, kanadalı alim, anatomiya və embriologiya sahələrində ən böyük mütəxəssislərdən biri sayılan şəxs, 8 dilə tərcümə edilmiş "İnsan embriologiyası" kitabının müəllifi Keyt Mur demişdi: "Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım."


Tarix: 26.11.2014 / 13:17 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqlı Melumatlar
loading...