Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ruhi xəstə olmuş 10 dahi

1. Edgar Allan Poe — Amerika yazıçısı (1809-1849)
Onun hekayə və əsərləri qorxunc hadisələr üzərində qurulmuşdur. 20 yaşından sonra Poe tez-tez depressiyaya düşürdü. İçki düşkünü olması da onun psixikasını pozurdu. Ruhi tarazlığı tamam pozulmuş yazıçının mütəmadi tutmaları tutur, idarəolunmaz məxluqa çevrilirdi. Şəxsi həyatındakı uğursuzluq da bir yandan onu üzürdü.

Həyat yoldaşı Virginia gənc yaşlarında vərəmə tutulmuşdu. 5 il Poe-nun gözləri qarşısında əriyən Virginia nəhayət canını tapşırır. Bu yazıçıya ağır zərbə olur. Bundan sonra o iki dəfə evlənməyə cəhd etsə də, heç biri alınmır. Birincisində yazıçının əcaib davranışlarından qorxuya düşən qız ona «yox» cavabı verir. İkincisində isə toy ərəfəsində Poe-nun qəfil yoxa çıxması işləri pozur.

Poe o qədər içir ki, gecələr evə də gəlmir. Bir dəfə isə onu axtarıb 5 gün sonra Baltimorun ucuz qəlyanaltıxanalarının birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər. Dəhşətli hallüsinasiyalardan qurtula bilməyən yazıçı 5 gün sonra vəfat edir. 1849-cu ilin 7 oktyabrında gecə saat 3 radələrində keçinəndə Poe-nun yanında yaxınlarından kimsə yox idi. Ölümqabağı o, sayıqlayıb Ceremi Reynoldsu (şimal qütbünü öyrənən səyyah) çağırırmış.

2. Ernest Heminquey — Amerika yazıçısı (1899-1961)
1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıdır. O, tez-tez depressiyaya düşür, özünə inamı azalır, qorxuları artırdı. Demək olar ki, yaza bilmirdi. Bütün bunlara görə ruhi xəstəxanada müalicə almağa razılaşır, 20 dəfə elektroşok keçirir.

Klinikadan çıxan Heminquey görür ki, yenə də yaza bilmir. İlk intihara cəhdi də bu zaman edir. Amma yaxınları onu xilas edirlər. Arvadının xahişi ilə o, təkrar mülicə alır. Amma intihar niyyətindən əl çəkmir. Xəstəxanadan çıxan kimi özünü qoşalüləsi ilə güllələyir. «Kişinin yataqda ölməyə haqqı yoxdur» — o deyirdi, «kişi ya döyüşdə ölər, ya da gülləni alnına çaxar».

3. Jonathan Swift — İrland yazıçısı (1667-1745)
Deyilənə görə yazıçı Alzheymer xəstəliyindən əziyyət çəkirdi. Ətrafındakı insanları tanıya bilmir, onların nitqini anlaya bilmirdi.

1742-ci ildə xəstəlik kəskinləşir, Swift iflic olur. Özünü idarə edə, özünə baxa bilməyən yazıçını yaxın qohumunun himayəsinə verirlər. 1745-ci ildə Swift vəfat edir. Sağlığında hədsiz dərəcədə populyar olan, əsərlərindən, o cümlədən «Qulliverin səyahəti»ndən çoxlu pul qazanan yazıçı var-datının ruhi xəstəxana tikilməsinə xərclənməsini vəsiyyət edir.

4. Franz Kafka — Avstriya-çex yazıçısı (1883-1924)
Kafkanın psixi vəziyyəti bəzən aylarla qeyri-stabil olurdu. Psixi problemlərinin kökü uşaq vaxtı atası ilə baş verən konfliktlərə gedib çıxır. Bir də gənc yaşlarında intim sahədəki psixosomatik problemlərinə.

Yazıçı 41 yaşında vərəmdən ölür, ömrünün son 3 ayında onun təkcə cismi məhvə doğru getmir, həm də psixikası pozulurdu. Ölümündən qabaq o, dostu Maks Broddan əsərlərini məhv etməyi də xahiş edir, amma Brod bu vəsiyyətə əməl etmir.

5. Sergey Yesenin — Rus şairi (1895-1925)
Sergey Yesenin dedikdə, ağıla «Anqleter» mehmanxanasındakı otağının istilik borusundan özünü asmağı gəlir. O. dəfələrlə Rusiyanın, Fransanın ruhi xəstəxanalarında müalicə almışdı. Diaqnoz: Manyakal-depressiv psixoz.

Simptomlar: İzlənilmə maniyası, qəfil qəzəblənib özündən çıxma, qeyri-adekvat davranış (o, mebeli, qab-qacağı, güzgünü sındrır, insanları təhqir edirdi).

6. Jean-Jacques Rousseau — Fransız yazıçısı, filosofu (1712-1778)
Russo daim ona qarşı sui-qəsddən şübhələnirdi, düşünürdü ki, ətrafındakı adamlar onu aradan götürmək, şərləmək istəyirlər. 1760-cı illərdə yazdığı «Emil, yaxud Tərbiyə haqqında» məşhur kitabından sonra yazıçının kilsə və hökumət ilə konflikti yaranır.

Bundan sonra o, daim məkanını dəyişməyə başlayır.İzlənilməkdən ehtiyatlanır. Bir dəfə isə qaldığı qəsrdə qalmaqal yaradır. Ona elə gəlir ki, qəsrin sakinləri onu ölmüş xidmətçinin qatili sayır və yazıçı tələb etməyə başlayır ki, meyit yarılsın.

7. Fridrix Nitsşe — Alman filosofu (1844-1900)
Nietzsche-nin xəstəlik tarixçəsində deyilir ki, o, bağırıb əzaib səslər çıxarar, öz çəkməsindən sidiyini içər, xəstəxananın gözətçisini Bismark zənn edər. koykada yox, yerdə yatar, keçi kimi atılıb-düşərmiş. Görkəmli filosof ömrünün son 20 ilində psixi pozuntulardan əziyyət çəkib. O özünün ən çox diqqət çəkən əsərlərini də həmin dövrdə yazıb.

8. Gi de Mopassan — Fransız yazıçısı (1850-1893)
1884-cü ildən başlayaraq onun xəstəliyi ağırlaşır. Ömrünün sonunda iki dəfə özünə qəsd edir: bir dəfə revolverlə, bir dəfə isə bıçaqla.

Diaqnoz: Beynin proqressiv iflici. Simptomlar: ippoxondriya (insanın öz sağlamlığından aşırı narahatlığı), intihara meyl, sayıqlama, hallüsinasiya.

9. Virciniya Vulf — İngilis yazıçısı (1882-1941)
Virciniya 13 yaşında olarkən yaxın bir qohumu onu zorlamağa cəhd edir. Bu onun psixikasına təsirsiz ötüşmür, onda kişilərə nifrət yaranır. Daha sonra anası və atası dünyasını dəyişir. Gənc qız hətta intihara da cəhd edir. Bundan sonra depressiyalar, yuxusuzluq və dəhşətli yuxular onun həyatında adi hala çevrilir.

Yaxınlarına əziyyət vermək istəməyən yazıçı 1941-ci il martın 28-də paltosunu geyir, ciblərini daşla doldurur və özünü Ous çayında boğur.

10. Nikolay Qoqol — Rus yazıçısı (1809-1852)
Şizofreniya böyük yazıçını ömrü boyu rahat buraxmayb. Ömrünün sonunda isə kəskinləşib. Diaqnoz: Şizofreniya, periodik psixoz. Simptomlar: Görmə və eşitmə hallüsinasiyaları, apatiya dövrləri, süstlük, qəfil həyəcan tutmaları, klaustofobiya (kiçik məkanlardan qorxu).

1852-ci il fevralın 21-də Qoqol vəfat edir. Onun ölümünün səbəbləri hələ də tam bəlli deyil, amma güman edilir ki, yazıçı öz şübhələri və qorxuları ilə özünü fiziki və ruhi cəhətdən tükəndirmişdi.


Tarix: 25.11.2014 / 10:53 Müəllif: Aziza Baxılıb: 173 Bölmə: Maraqlı Melumatlar
loading...