Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç tökülməsinin səbəbləri

Saç tökülməsi ən çox 34 yaşa kimi olan gənclərdə və orta yaş qrup insanlarda müşahidə olunur. Türkiyənin onlayn araşdırma şirkəti sayılan DOR insight tərəfindən saç tökülməsinin səbəblərini tədqiq edən «Saç tökülməsi» adlı araşdırma reallaşdırılıb. Onlayn olaraq aparılan araşdırmada 1974 təvəllüdündən başlayan insan qrupları arasından 1256 şəxs iştirak edib. Saç tökülməsi haqda danışanda ilk əvvəl bəzi qrup insanların ağlına «stress və depresiya» düşür.

Tədqiqata görə, saç tökülməsinin 47%-ni «stresslə» müşahidə olunan «keçəllik» gəlir. Bunun da 21%-ni genetik keçəllik təşkil edir. Stressə düşənlər içində saç tökülməsi, kişilərə nisbətən qadınlarda çox olub. Bura «genetik» keçəl olan kişilər də daxildir.

Saçlarına diqqət yetirməyənlər sırasında C2 sosial-iqtisadi sinfinə mənsub şəxlərdən ibarət və əsasını 18-24 yaşı olan gənclər təşkil edib. İştirak edənlər arasında yaşı 45-dən çox olan yaşlılar da olub. Tədqiqatların nəticəsinə görə saç tökülməsi ilə üzləşən insanlar bu problemlə qarşılaşan və qarşılaşmayanlarla bərabər nisbətdə olub.

Qadın və kişilərdə saç qırılmaları o qədər də böyük həcmdə fərqlənmir. Bu problemlə qarşılaşanların böyük bir qismini 34 yaşa kimi olan gənclər və orta qrup insanlar təşkil edir. Bundan başqa iştirakçıların 70% müntəzəm olaraq saç tökülməsinə qarşı hər hansı bir məhsuldan istifadə etmədiyini bildiriblər.

Tədqiqatçıların fikrinə əsasən, saç tökülməsinin ən böyük səbəbi stress və insanların düşdüyü depresiyadır. Mütəxəsisslərin fikrinə görə saç tökülməsinin böyük bir qismini yəni 52-i % -ni stress təşkil edir. Bunun yaranmasına 42% genetik faktorlar, 37% isə jele və sprey kimi saç nizamlayıcılar təsir edir.

Genetik faktorlar daha çox kişilərə, jele, sprey kimi niamlayıcılar və stess isə əksəriyyətlə qadınlara məxsus olub. Qadınların böyük bir qisminin saç tökülmə səbəbi balanssız qidalanma, hormonlarda olan dəyişiklik və hava dəyişmələri daxildir. Stress faktorunu qeyd edənlərin əksəriyyətini 25-44 yaş arası orta yaş qrupu insanlar təşkil edir. AB və C1 sosial-iqtisadi sinifinə mənsub şəxslər də genetik faktorların saç tökülməsinə səbəb olduğunu əsas göstərir. AB qrupuna dəri iltihablanması və hormonlarda olan dəyişikliklərə məruz qalan insan qrupları və digər sosial-iqtisadi qruplar daxildir. Bundan başqa, araşdırmaya görə iştirakçıların 28%-ni saç tökülməsinə gətirib çıxaran səbəblər bilinmir. Bu şəxslər içində kişilərin qadınlara nisbətən daha çox olması diqqət çəkir.

Eyni zamanda DE sosial-iqtisadi sinifinə mənsub şəxslər də saç tökülməsinin səbəblərindən xəbərsizdir.


Tarix: 10.12.2014 / 18:22 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqlı Melumatlar
loading...