Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xuliqan

Neçə on illiklərdir ki, dilimizdə “xuliqan” sözü işlədilir.

Elə həmin dövrdən indiyədək avara, boş, səfil bir həyat keçirən, qanunlara tabe olmayan, addımbaşı qanunları, asayişi pozanları – “xuliqan” adlandırırlar. Bu gün hamı “xuliqan” sözünü işlədir. Bəs, bu sözün haradan gəldiyini bilirsiniz?

1898-ci ildən London polisinin hazırladığı məruzələrdə artıq “xuliqan” kəlməsindən istifadə edilməyə başlanmışdı. Bəzi iddiyalara görə, həmin dövrdə qanunları pozmaqda ad çıxarmış, millətcə irland olan Xuliqan (ingiliscə “Hooligan”) ailəsi haqqında mahnı vardı və çox güman ki, bu söz burdan götürülmüşdür.

Lakin Klarens Rukun 1899- cu ildə nəşr edilmiş “Xuliqan gecələri” adlı kitabında bildirilir ki, bu kəlmə Londonda yaşamış mühafizəçi və oğru Patrik Xuliqanın adından götürülmüşdür. Öz ailəsi və kiçik dəstəsilə birlikdə o, tez – tez cinayətlər törətməklə, qarətlər etməklə ad çıxarmışdı. Patrik Xuliqan hətta polis işçisini qətlə yetirmiş, həbsxanaya düşmüş və ömürlük həbs cəzası almışdır. Adı isə əbədiləşmışdir – “Xuliqan”.

İndinin özündə ictimai asayişi pozan, camaatı tez-tez öz ədəbsiz hərəkətləri ilə narahar edən, söyüşlər söyərək camaatı təhqir edənləri “xuliqan” adlandırır və ya “ bu adam xuliqanlıq edir”, “xuliqanlıqla məşğuldur” deyirlər. Bir sözlə, yüz il bundan əvvəl yaşamış Patrik Xuliqan cinayətkar olmaqla bərabər, öz cinayət əməlləri ilə ad çıxarmış və adını “tarix”ə salmışdır.


Tarix: 26.11.2014 / 18:48 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Maraqlı Melumatlar
loading...